Rusiya prezidentinin Azərbaycandan gedişindən sonra nələr baş verəcək? - Xankəndidə

Rusiya prezidentinin Azərbaycandan gedişindən sonra nələr baş verəcək? - Xankəndidə"Rusiya mövcud şərtlər daxilində Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlıdır".
KONKRET.azxəbər verir ki,bu sözləri politoloq Turan Rzayev referans.az-a açıqlamasında deyib.
"Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri gözlənilirdi. Bununla bağlı rəsmi xəbər verilməmişdən əvvəl sosial şəbəkələrdə bir çox xəbərlər yayılmışdı. Rəsmi xəbər elan edildikdən sonra biz ötən gecə Putinin Azərbaycana səfərinin şahidi olduq. Bu, iki günlük səfərdir və ən yüksək səviyyəli səfərlərdən biri hesab edilir. Təbii ki, bu gün Rusiya və Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Fərqli sahələrdə əməkdaşlıqlarımız var və ən önəmlisi Azərbaycan və Rusiya arasında Moskva bəyannaməsi var ki, bu, münasibətlərin strataji tərəfdaşlıq və müdafiə paktına keçməsinə dəlalət edir. Rusiya mövcud şərtlər daxilində Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlıdır. Xüsusilə, davam edən Rusiya-Ukrayna müharibəsi Qərbin Rusiyaya təzyiqləri fonunda iki ölkə arasında enerji, təhsil, siyasi sahədə əməkdaşlıqların edilməsi, yeni sazişlərin, dövlətlərarası münasibətlərin olması mümkündür".
Politoloqun sözlərinə görə, Rusiya hazırda Azərbaycanda yeni konsulluq açmaq istəyir. Məkan olaraq isə Xankəndinin adı çəkilir. Bunun baş tutub-tutmayacağını zaman göstərəcək.
"Digər məsələ də enerji məsələsidir. Rusiya uzun müddətdir müharibə səbəbi ilə Avropaya qaz nəql edə bilmir. Buna görə də Azərbaycan üzərindən qaz nəql etməyi düşünür. Təbii ki, bu beynəlxalq sazişlərdən o qədər də effektiv deyil amma nəticə etibarı ilə Rusiya hələ də bu məsələdə mövqe sərgiləyir. Rəsmi Bakı ilə təmaslar ola bilər amma indidən bunun olub-olmayacağını demək bir qədər çətindir".
Turan Rzayev qeyd edib ki, Rusiyanı Azərbaycanla bağlı maraqlandıran məsələlərdən biri də dil məsələsidir. Azərbaycanda rus dilinin tədrisi hələ də davam edir və Rusiya bu məsələlərə çox önəm verir.
Rusiya və Azərbaycan arasında hərbi sahədə də əməkdaşlıqlar mövcuddur.
"Azərbaycan ən çox Rusiya hərbi silah sənayesinin məhsullarına müraciət edir. Ortaq silah istehsalı və ya köhnəlmiş silahların motifikasiyası məsələlərində Rusiya ilə əlaqələrin qurulması mümkün görünür. Bütün bu məsələlər görüşlərdə müzakirə edilib. Hesab edirəm ki, bu iki günlük görüşün müsbət nəticələri olacaq".
Politoloq vurğulayıb ki, Rusiya sülh prosesində aktiv rol almaq istəyir. ABŞ-ın hazırki dönəmdə proseslərdə iştirakını və aktiv təmaslarını nəzərə alsaq, Rusiyanın bu prosesdə iştirakının bizim maraqlarımıza uyğun olduğunu deyə bilərik.

Siyasi       Tarix: 20 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 bugunun xeberleri cəbhədən son vəziyyət valyuta mezennesi 2026