Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan
Avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərdə Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı nəzərdə tutulduğu üçün Ermənistan hökuməti Azərbaycanla sülh sazişi bağlanmamışdan əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 10-da parlamentin iclasında müxalif "Ermənistan" blokundan olan deputat Aqnessa Xamoyanın sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin sülh sazişinin paraflanmasından sonra ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verməsinin səbəbi məhz bu prinsiplərin təsbit edilməsidir:
"Bir sıra məsələlərin bizim üçün məqbul şəkildə həll olunacağını görəndə qərara gəldik ki, yaranmış fürsəti əldən verə bilmərik. Biz bu beş termini aldıq və sənədi imzaladıq".
Paşinyan məhz bu səbəbdən sülh sazişinin imzalanmasından sonra Minsk Qrupunun buraxılmasına razı olacaqları haqda əvvəlki istəyindən geri çəkildiyini vurğulayıb. Həmçinin qeyd edib ki, MQ-nin fəaliyyətində faydalı heç nə yox idi.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib