Rusiya sanksiyalardan belə YAYINIR: Təyyarələr üçün ehtiyat hissələrini bu ölkə vasitəsilə ALIR

Rusiya sanksiyalardan belə YAYINIR: Təyyarələr üçün ehtiyat hissələrini bu ölkə vasitəsilə ALIRRusiya Hava Yolları ABŞ və Avropanın sanksiyalarına baxmayaraq, keçən ilin may ayından ən azı 1,2 milyard dollar dəyərində təyyarə ehtiyat hissələri alıb.
KONKRET.az "Reuters"ə istinadən xəbər verir ki, sanksiyalardan yan keçərək ehtiyat hissələrinin alınması sxemində Tacikistanın tikinti şirkətləri də iştirak edib.
Qeyd olunub ki, ticarət məhdudiyyətləri tətbiq olunmazdan əvvəl Rusiyanın "Ural Hava Yolları", "Aeroflot", "S7" və başqaları Almaniyanın aparıcı ehtiyat hissələri tədarükçüsü "Lufthansa Technik" kimi qlobal şirkətlərinin texniki dəstəyinə arxalanırdı. Bu firmalar xidmət göstərməyi dayandırdıqda, Rusiya aviaşirkətləri daha kiçik təchizatçılara müraciət etdilər.
Agentlik sübut kimi "Northrop Grumman" tərəfindən istehsal olunan texniki cihazların 2022-ci ildə iki Tacikistan şirkəti tərəfindən "Ural Hava Yolları"na çatdırılmasını göstərir.
"2022-ci ilin iyulunda qurğulardan biri Tacikistanda yerləşən "İstiqloliyat 20" tikinti şirkəti tərəfindən BƏƏ vasitəsilə "Ural Hava Yolları"na göndərilib. 2022-ci ilin sentyabrında başqa bir Tacikistan tikinti firması olan "Kafolati Komil" də hissələrdən birini BƏƏ vasitəsilə Rusiyaya göndərib", – "Reuters" yazıb.
Məlumata görə, "İstiqloliyyət 20"nin rəhbəri Məhmədboşir Yakubov vəziyyətlə bağlı telefon zənglərinə cavab verməyib. Xəbər agentliyi "Kafolati Komil" şirkətinin icraçı direktoru Komilcon Yakubovla da əlaqə saxlaya bilməyib.
Qeyd olunub ki, təyyarələrin hissələri Rusiyaya Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Çin və Qırğızıstandan olan vasitəçilər vasitəsilə daxil olur. O cümlədən Moldovanın "Air Rock" və "Aero stage" şirkətləri tərəfindən alınan ehtiyat hissələri Qırğızıstan ərazisindən keçməklə Rusiyaya çatdırılıb.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 25 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar son xeber.az iqtisadiyyat xeberleri bugun en sonxeber