Rusiya taxıl bazarı alt-üst oldu: daha 3 beynəlxalq treyder getdi
Bu gündən etibarən dünyanın ən böyük taxıl treyderlərindən 3-ü Rusiyadakı fəaliyyətini tamamilə dayandırır.
KONKRET.az xəbər verir ki, "Cargill", "Viterra" və "Louis Dreyfus" birlikdə Rusiyanın taxıl ixracının 16 faizini təmin edirdilər. Hər üç şirkət gedişi ilə bağlı Rusiya Kənd Təsərrüfatı Nazirliyini mart ayından məlumatlandırmışdı.
Rusiya Taxıl İxracatçıları İttifaqının rəhbəri Eduard Zernin bildirib ki, gedən şirkətlər ölkənin taxıl bazarının inkişafında mühüm rol oynayıblar. Onların ixrac həcmlərini yerli şirkətlərin doldurması çətin, amma mümkün məsələdir.
Rusiya mənbələrinin məlumatına əsasən, 3 şirkət Qara dənizlə taxıl ixracında 20 faiz, Qafqaz limanlarından ixracda 13 faiz paya malik olub. Rusiya Aqrar Konyuktur İnstitutunun rəhbəri Dmitri Rılkoya görə, xarici şirkətlərin gedişi ölkənin taxıl bazarında rəqabət mühitinə mənfi təsir göstərəcək: "Bu şirkətlərin yerini dövlət şirkətləri tutacaqsa, bu, satışda rəqabət mühitini zəiflətməklə aqrar istehsalçılara zərbə vuracaq. Bizim cənubdakı istehsalçılarımız alıcı seçiminə öyrəşiblər. Bu şirkətlər belə seçim imkanı yaradırdılar və sonda rəqabətli qiymət formalaşırdı, istehsalçı uduzmurdu. İndi belə seçim imkanı qat-qat azalacaq, qiymət rəqabətliliyi mənfi təsirə məruz qalacaq".
Rəsmi statistikadan aydın olur ki, "Viterra" 2022-2023-cü il mövsümündə 3,7 milyon ton, "Cargill" 2,3 milyon ton, "Louis Dreyfus" isə 1,2 milyon ton Rusiya taxılını ixrac ediblər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Fatimə həftələrdir reanimasiyada olan anasını paylaşdı
Əzizlərimizi yaşatmağa gecikməyək' - Xalq artisti
Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi - Mərasimdən fotolar
Paşinyan müxalifəti tamamilə sıradan çıxarır
ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?
Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək
İki ölkə arasında imzalanmış sənədlər mübadilə olundu - Fotolar
"Qarabağ" Martin Zlomisliçi transfer etdi
AZAL donanmasına dördüncü müasir "Airbus A320neo" əlavə olundu
Danışıqlar dayandırıldı - İran nümayəndələri məkanı tərk etdi
"Neftçi" kapitanlarla bağlı qərar verdi
Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır
Bakı metrosunda gərgin anlar