Rusiya "TikTok"u CƏRİMƏLƏDİ
Moskvanın Taqanski Məhkəməsi "TikTok" sosial şəbəkəsini LGBT təbliğatı olan materialları çıxarmaqdan imtina etdiyinə görə 3 milyon rubl məbləğində cərimələyib.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, şirkət Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi ("qadağan olunmuş məlumatların silinməməsi") ilə təqsirli bilinib.
Bildirilib ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) tələbi ilə "TikTok"a LGBT hərəkatının təbliğinə görə protokol tərtib edilib.
Qeyd edək ki, Rusiya ordusu haqqında saxta məlumatlara görə "Twitch" xidməti də cərimələnib.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü