Rusiya-Ukrayna müharibəsi Azərbaycanda taxılın qiymətini artıra bilər? – ÖZƏL AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi Azərbaycanda taxılın qiymətini artıra bilər? – ÖZƏL AÇIQLAMARusiya ilə Ukrayna arasındakı müharibə bütün dünya ölkələri üçün ciddi təhdidə çevrilib. Müharibənin gətirdiyi fəlakət hər iki ölkənin iqtisadiyyatını iflic hala salıb. Artıq qardaş ölkə Türkiyədə bitki yağlarının əhəmiyyətli şəkildə çatışmazlığı yaranıb. Maraqlıdır,  Azərbaycan üçün hansı iqtisadi risklər var? Hansı məhsulların idxalında defisit yarana bilər?
Mövzu ilə bağlı KONKRET.az–a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə böyük həcmdə idxal əməliyyatları aparır: "Ukraynadan daha çox siqaret, buynuzlu mal əti, quş əti məhsulları, bitki və kərə yağı, qənnadı məhsulları idxal edilir. Bu məhsullar idxal əməliyyatlarımızda ciddi paya sahibdir. Rusiyadan isə ərzaq və tikinti məhsulları idxal edirik. Rusiyadan alınan məhsulların siyahısında buğda, bitki yağları, kartof, ət və ət məhsulları və sair var. Ukrayna günəbaxan yağının istehsalına görə dünyada bir nömrəli ölkədir. Lakin Ukraynda indi müharibə gedir. Orada hər kəs öz canını xilas etməyə çalışır. İstehsal əhəmiyyətli şəkildə azalıb. Oradan idxal etdiyimiz məhsulların qıtlığı yaranıb. Ona görə də qiymətlər arta bilər. Şirkətlər məhsulları depolamağa və anbar ehtiyatları formalaşdırmağa çalışır. Bütün bunlar qiymətləri artırır. Lakin Ukrayna indilik heç bir ölkəyə istehsal etdiyi məhsulların ixracına qadağa qoymayıb".
Rusiya-Ukrayna müharibəsi Azərbaycanda taxılın qiymətini artıra bilər? – ÖZƏL AÇIQLAMAİqtisadçı bildirib ki, müharibə bütün dünya iqtisadiyyatı üçün risklər yaradıb: "Müharibə Ukrayna iqtisadiyyatını iflic etdi. Əlaqələr qırıldı və daşımalar dayandı. Bu təkcə Azərbaycana yox bütün dünyaya təhdid formalaşdırır. Ukraynanın istehsal etdiyi məhsulların qiyməti dünya bazarında artacaq. Ukrayna ən böyük taxıl ixaracatçılarından biridir. Rusiya isə bəzi məhsulların ixracına qadağa qoyub. Həmin məhsulları idxal edən ölkələr arasında Azərbaycan da var. Artıq Azərbaycan həmin məhsulları Rusiyadan ala bilməyəcək. Əgər alternativ bazarlar tapılarsa problem olmaz . Əks halda qiymətlər çox bahalaşacaq. Digər tərəfdən müharibə fonunda  Rusiyaya tətbiq edilən sanksiyalar logistika xidmətlərinin maya dəyərini bahalaşdırır. Bu məsələlər xüsusilə qara və əlvan metallurgiya məhsullarının çatışmazlığına və qiymət artımına səbəb olacaq. Azərbaycan taxılı daha çox Rusiyadan idxal edir. Taxılın qiymətinin artma ehtimalı da var".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 12 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər cəbhədən ən son xəbərlər butun xeberler valyuta mezennesi banklar