Rusiya-Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz: "Rusiya 1 milyon əsgəri ona görə toplayır ki…" - Rəy

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz: Rusiya ilə Ukrayna arasında davam edən müharibə artıq bir neçə ildir ki, beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Müxtəlif dövrlərdə tərəflər arasında danışıqlar aparılsa da, sülh razılaşmasına nail olmaq mümkün olmayıb. Münaqişənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, Moskva və Kiyevin mövqeləri arasındakı ciddi fikir ayrılıqları razılaşmaya mane olur.
Ukrayna müharibənin 1589-cu günü üçün Rusiya ordusunun itkiləri ilə bağlı məlumat yayıb. Ukrayna Baş Qərargahının açıqlamasına əsasən, Rusiya indiyədək 1 404 760 hərbçi, 12 069 tank, 24 856 zirehli döyüş maşını, 45 111 artilleriya sistemi, 1 903 reaktiv yaylım atəş sistemi (RYAS), 1 459 hava hücumundan müdafiə sistemi, 436 hərbi təyyarə, 353 helikopter, 1 782 yerüstü robot-texnika kompleksi, 383 067 PUA, 114 499 avtomobil texnikası, 4 797 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq və 4 369 xüsusi texnika itirib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev müharibənin başa çatması üçün bütün mümkün təklifləri irəli sürüb, lakin Rusiya tərəfi onları qəbul etməyib. Onun sözlərinə görə, Moskvanın müharibəni davam etdirmək niyyəti yenidən açıq şəkildə nümayiş etdirilib.
Zelenski qeyd edib ki, əgər Rusiya Prezidenti Vladimir Putin daha bir milyon hərbçini cəbhəyə göndərmək istəyirsə, Rusiyada hələ səfərbərliyə cəlb olunmayan şəxslər onları hansı nəticələrin gözlədiyini düşünməlidirlər.
Hərbi ekspert Ədalət Verdiyev azxeber.com-a açıqlamasında bildirib ki, Ukrayna-Rusiya cəbhəsində müharibənin gedişatında yeni mərhələ başlayıb.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz: Ekspertin sözlərinə görə, bu ilin yazına qədər Putin tərəfindən müharibənin başa çatması ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Lakin əsas problem ondan ibarətdir ki, Moskva işğal etdiyi ərazilərdən Ukrayna ordusunun geri çəkilməsini sülh üçün əsas şərt kimi irəli sürür:
"Bu, Ukrayna üçün qəbuledilməzdir. Çünki cəbhədə vəziyyət dəyişib və təşəbbüs müəyyən mənada Kiyevin tərəfinə keçib. Rusiyanın əsas neft emalı müəssisələrinin bir hissəsi Ukraynanın zərbələrinin hədəfinə çevrilib. Moskva ətrafında da Ukrayna dronlarının hücumları nəticəsində baş verən partlayışlar daha tez-tez eşidilir".
Ədalət Verdiyev hesab edir ki, sülh razılaşmasının əldə olunması üçün tərəflərdən biri mövqelərindən geri çəkilməli və özünü məğlub hesab etməlidir:
"Hazırda Ukraynanı qane edəcək şərtlərlə sülh sazişinin imzalanması mümkün görünür, lakin Rusiyanın buna razılaşacağı ehtimalı azdır. Hər iki tərəfin müharibənin bitməsi ilə bağlı yanaşmaları arasında böyük fərq var. Bu fərq aradan qalxmayana qədər real sülh perspektivi zəifdir. Bu il sülh razılaşmasının əldə olunacağını düşünmürəm".
Ekspert Rusiyanın canlı qüvvə çatışmazlığı ilə bağlı problemlərlə üzləşdiyini də bildirib:
"Rusiya indiyədək hər il yüz minlərlə hərbçini cəbhəyə göndərib. Onların bir qismi ölür, bir hissəsi yaralanır, digərləri isə müxtəlif səbəblərdən döyüşlərdən kənar qalır. Bir milyon insanın səfərbərliyə cəlb olunması asan proses olmayacaq. Hərbi xidmətdən yayınma halları və ölkəni tərk edənlərin sayı Rusiyanın səfərbərlik imkanlarına təsir edir".
Ədalət Verdiyev əlavə edib ki, Rusiya tərəfində xarici döyüşçülərin iştirakı ilə bağlı məlumatlar yayılır:
"Rusiyanın Latın Amerikasından döyüşçüləri cəlb etdiyi barədə məlumatlar var. Hətta Perudan yüzlərlə şəxsin Rusiya ordusu sıralarında döyüşdüyü iddia edilir".
Ekspertin fikrincə, müasir müharibədə zirehli texnika, artilleriya və canlı qüvvə əvvəlki dövrlərdə olduğu qədər həlledici rol oynamır:
"Hazırda hər iki tərəf dronlardan və uzaqmənzilli raketlərdən geniş istifadə edir. Döyüş meydanında texnika və şəxsi heyətin hərəkəti böyük risk daşıyır. Dronlar onları qısa zamanda aşkar edib məhv edə bilir. Buna görə də Rusiya ordusunda canlı qüvvə itkilərinin artacağı ehtimal olunur".
Şahanə Ziyad

Siyasi       Tarix: 01 iyul 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan Zelenski ilə danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. xəbər verir ki, Ukrayna dövlət başçısı Nikol Paşinyanı Ermənistanın Baş naziri vəzifəsinə yenidən təyin olunmas

"Dövlət auditi" informasiya sistemi yaradılıb - SƏRƏNCAM

"Dövlət auditi" informasiya sistemi yaradılıb. xəbər verir ki, Prezident İlham Əliyev sistemin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. Fərmanla, "Dövlə

"Naxçıvan Azərbaycan xalqına Ulu Öndəri bəxş edib" - İlham Əliyev

"Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllif

"Ardıcıl iki gün, iki mina partlayışı, üç mülki yaralı" - XİN

"Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb". xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi sosial media hesabında məlumat yayıb. Bildirilib ki, 2020-ci ildə başa çatan müharibədən sonra Azərbaycand

Paşinyan 5 il ərzində...- KİV

Ermənistanın Baş nazir Nikol Paşinyan körpünün açılışında iştirak edib.  xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Baş nazir Ermənistanda körpü tikintisi və təmir proqramlarının əhəmiyyətini vurğulayaraq hökuməti

Prezident fərman imzaladı

Azərbaycanda istilik təchizatı sektorunda idarəetmə və dövlət nəzarəti mexanizmlərinin müasir bazar tələblərinə uyğunlaşdırılması, eləcə də bu sahədə hüquqi tənzimləmənin unifikasiyası məqsədilə fəaliyyət çərçivəsi yenidə

Japarov yenə prezident olmaq istəyir

Qırğızıstan Prezidenti Sadir Japarov 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. xəbər verir ki, bu barədə Japarov jurnalist Əli Toktakunova müsahibəsində deyib. "Dah

Paşinyan niyə Rusiyadan 2 milyard dollar tələb edir? - SƏBƏBİNİ AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın ölkənin dəmir yollarını idarə etməsinə görə 2 milyard dolların Rusiyadan tutulması ilə bağlı əvvəlki açıqlamasını dəqiqləşdirib. xəbər verir ki, Paşinyanın sözlərinə görə

İlk dəfə səfir təyin edilən Nərminə Mustafayeva kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. saytı yeni səfirin dosyesini təqdim edir:. Nərmin


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber xeberler bu qun xeberler xeber.az