"Rusiya və Azərbaycanın planı üst-üstə düşür" - Moskva ilə əməkdaşlığın heç bir faydası yoxdur - Qriqoryan
"Ermənistanda hər kəs bilirdi ki, bu ilin sentyabrında Roma əsasnaməsi parlamentdə səsverməyə çıxarılacaq".
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Tiqran Qriqoryan deyib:
"Digər hadisələrə gəlincə isə mənə elə gəlir ki, Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi ötən ilin sentyabrından başlayıb. O vaxt Rusiyanın Ermənistanı müdafiə etməyə imkanı var idi. Amma müttəfiqimiz bunu etmədi. Ötən ilki sentyabr hadisələrindən sonra Ermənistan elitasında başa düşdülər ki, Rusiya bizə kömək etmək həvəsində deyil və heç bu barədə fikirləşmir də. Amma Rusiyanın Ermənistan qarşısında öhdəliyi var idi və bunu ən azı KTMT çərçivəsində yerinə yetirməliydi.
Bundan sonra Ermənistan xarici aktorlarla ünsiyyətə girdi və özünə yeni tərəfdaşlar axtarmağa başladı. Bunu dərhal dəyişən xarici vektor adlandırmaq olmaz. Bu, sadəcə iki il əvvəl baş verənlərə adekvat cavab idi. Həmin xaxt erməni tərəfi anladı ki, Rusiya faktoru bütövlükdə Ermənistan üçün məqbul deyil və alternativlər tapılmalıdır. Deməli, son on illiklərdə müttəfiqimiz olan bir ölkəni başqasıyla əvəz etməyin vaxtı çoxdan çatıb. Aİ-nin monitorinq missiyası həmin prosesin bir hissəsidir.
Bəzi Qərb dövlətləri ilə fəal müzakirələrdən sonra Ermənistanın güclü müttəfiqə ehtiyacı olduğu meydana çıxdı. Elə bunun nəticəsidir ki, Ermənistan Hindistandan silahlar alır və öz arsenalını möhkəmlədir. Bütün bu proseslərdə Qərbdəki dostlarımızın dəstəyi danılmazdır. İndi Ermənistanda belə bir fikir formalaşıb ki, Rusiya ilə əməkdaşlıq etməyin heç bir faydası yoxdur".
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ