Rusiya və Çin ABŞ-a QARŞI - Region yenidən "qan çanağı" na dönəcək?

Rusiya və Çin ABŞ-a QARŞI - Region yenidən Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda beynəlxalq güclərin mövqeyi yenidən diqqət mərkəzinə çevrilib. Xüsusilə, İran ətrafında baş verən proseslər fonunda Rusiya və Çinin hansı addımları atacağı əsas müzakirə mövzusudur. Moskva və Pekin uzun illərdir Tehranla müxtəlif sahələrdə əməkdaşlıq etsə də, hazırkı mürəkkəb geosiyasi şərait onların açıq hərbi-siyasi dəstək verib-verməyəcəyi sualını aktuallaşdırır. Qlobal güclər arasında balans siyasətinin qorunduğu bir dövrdə bu iki ölkənin mümkün qərarları regiondakı qüvvələr nisbətinə birbaşa təsir edə bilər.
Bəs Rusiya və Çin mövcud vəziyyətdə İrana açıq şəkildə dəstək verməyə nə dərəcədə hazırdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, hazırkı şəraitdə Rusiyanın İrana açıq dəstək verəcəyi inandırıcı görünmür.

"Rusiya özü Ukrayna müharibəsində ciddi problemlərlə üz-üzədir və həm silah, həm də hərbi ləvazimat baxımından çatışmazlıqlar yaşayır.
Moskva eyni zamanda ABŞ-la müəyyən dialoq mühitini qorumağa çalışır və bu mərhələdə Vaşinqtonla münasibətlərin daha da gərginləşməsində maraqlı deyil. Çünki Rusiya Ukrayna məsələsində ABŞ-la müəyyən razılaşmalar əldə etməyə çalışır. Bu baxımdan Ukrayna istiqaməti Moskva üçün İran məsələsindən daha prioritet sayılır.
Rusiya imkanları çərçivəsində İrana siyasi və diplomatik dəstək göstərə, müəyyən həcmdə hərbi yardım edə bilər. Lakin bu proseslərin daha çox gizli və ya yarımgizli şəkildə həyata keçirilməsi ehtimalı yüksəkdir".
Çinin mövqeyinə gəlincə, siyasi şərhçi hesab edir ki, Pekin də açıq şəkildə İrana dəstək verməkdə maraqlı deyil.
"Müharibədən əvvəl Çinin İrana hava hücumundan müdafiə sistemləri və gəmi əleyhinə raket kompleksləri ötürdüyünə dair iddialar mövcuddur. Hazırda isə Çinin daha çox kəşfiyyat dəstəyi göstərdiyi ehtimal edilir.
Münaqişə uzunmüddətli mərhələyə keçəcəyi və ABŞ, eləcə də İsrailin İranla bağlı planlarını həyata keçirməkdə çətinlik çəkəcəyi halda, həm Çinin, həm də müəyyən qədər Rusiyanın dəstəyi intensivləşə bilər. Lakin bu dəstəyin açıq deyil, daha çox yarımgizli formatda göstəriləcəyi gözlənilir".
Qasımov əlavə edib ki, hazırkı mərhələdə Çin də ABŞ-la kəskin qarşıdurmaya getmək niyyətində deyil və bu amil Pekinin davranışına birbaşa təsir göstərir.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 04 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər xəbər.az sonxəbərlər sou xeberler