Rusiya vətəndaşlarının Bakıya axını hotel qiymətlərinə təsir edibmi?

Rusiya vətəndaşlarının Bakıya axını hotel qiymətlərinə təsir edibmi?Rusiya vətəndaşlarının Bakıya axını hotel qiymətlərinə təsir edibmi?
Rusiyada qismən səfərbərlik elan olunandan sonra xarici ölkələrə axın edən Rusiya vətəndaşları arasında Azərbaycanı seçənlər də var. Doğrudur, ölkəmizin quru sərhədləri hələ də bağlı olduğundan Rusiyadan Azərbaycana əsasən hava yolu ilə gəlirlər. Artıq paytaxt Bakıda tez-tez Rusiya vətəndaşlarına rast gəlmək olur. Bəs bu şəxslər hansı məkanlarda yaşamağa üstünlük verirlər? Hazırda paytaxt Bakıda olan hotellərin bir çoxunun Rusiya vətəndaşları tərəfindən bron edilməsi ilə bağlı xəbərlər yayılır.
Hotellər bu axının öhdəsindən hansı səviyyədə gələ biləcəklər?
"Report"a mövzu ilə əlaqədar açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi bu faktı təsdiqləyib:
"Rusiyada qismən səfərbərliyin elan edilməsi ilə və ümumiyyətlə, münaqişə ilə əlaqədar olaraq bu ölkədən xaricə vətəndaşların axını müşahidə edilir. Vətəndaşlar əsasən vizasız rejimi olan ölkələrə daha çox üz tuturlar. Səbəblər müxtəlifdir - kimsə çağırışdan boyun qaçırır, özünü pasifist hesab edir, kimsə sosial-iqtisadi vəziyyətlə əlaqədar olaraq biznesini digər ölkəyə köçürür, digərləri gələcəyə inamlarını itirdiklərindən ölkədən çıxmaq istəyirlər və s.
Azərbaycana da Rusiya vətəndaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın axını müşahidə olunur.
Bununla əlaqədar hava nəqliyyatında qiymət artımı baş versə də, hotellərin qiymətlərində hələ ki, artım müşahidə edilmir. Yalnız icarəyə verilən mənzil fondunun aktivləşməsi baş verib, təklif olunan mənzillər bir qədər bahalaşıb".
S.Dübəndi hazırda yaşananların turizm sektoruna təsiri haqqında da fikrini bildirib:
"Düşünürəm ki, hazırda bu amil turizmə müsbət təsir göstərməyəcək. Yalnız tədricən ölkədə Rusiya diasporu artacaq, rusiyalılar ölkəmizi daha da yaxından tanıyacaqlar. Bununla əlaqədar ölkəyə köçən insanların yanına, onların tövsiyələri ilə gələnlərin sayı artacaq. Bütün bunların baş verməsi iqtisadi-siyasi amillərdən, ölkələr arasındakı gələcək əlaqələrdən və burada qonaqlara göstərilən münasibətdən asılı olacaq.
Qeyd etmək istərdim ki, Azərbaycan üçün gəlmə turizmində hədəf ölkələr sırasında Rusiya da yer tutur, amma bu ölkədə son dövrlərdə sistemli işlər zəif olub. Bunun da müxtəlif səbəbləri var.
Hesab edirəm ki, hazırda baş verənlərin turizm sektoruna aidiyyəti yoxdur, amma ölkəyə gələn, burada özünə müvəqqəti və yaxud daimi yaşayış imkanları, iş, biznes və sair şəraitləri araşdıranlara, qismən də olsa, ölkə ərazisində turizm xidmətlərindən istifadə edənlərə olacaq".
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycana Rusiyadan 263 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70% çoxdur. / oxu.az

Turizm       Tarix: 27 sentyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 cəbhədən son xeber sonxabar az