Rusiya xal qazandı, Ermənistan itirdi, bəs Azərbaycan? – Orxan Amaşovla GÜNDƏM

"Putin təcrübəli diplomat kimi Ermənistan rəhbərliyi ilə qarşıdurmadan yayınır, çünki biz hamımız başa düşürük ki, bu və ya digər rəhbər gəldi-gedərdir. Ermənistan-Rusiya münasibətləri isə mövcud olmaqda davam edir".
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Novikov deyib. Novikov hesab edir ki, Moskva Ermənistanın hazırkı rəhbərliyi ilə birbaşa qarşıdurmadan qaçmaq üçün əlindən gələni edir:
"Ermənistanın indiki rəhbərliyi isə Rusiyanın narazılığına və qəzəbinə səbəb olmaq üçün hər şeyi edir".
Rusiyalı ekspert qeyd edib ki, Nikol Paşinyanın Rusiyaya qarşı qarşıdurma siyasəti başadüşüləndir: "Qarabağ probleminin həlli prosesindən özünü kənarlaşdıran Paşinyan bütün uğursuzluqları öz üzərindən atmaqla "günah keçisi" axtarır. Paşinyana görə, "günah keçisi" Rusiyadır və buna görə də Moskva ilə münasibətləri daha da gərginləşdirmək siyasətini davam etdirir", – deyə Novikov bildirib.
Rusiyalı həmkarının fikirlərinə əlavə olaraq azərbaycanlı siyasi ekspert Orxan Amaşov KONKRET.az-a açıqlamasında bildirib ki, indiyə kimi Mariya Zaxarova, Sergey Lavrov və Vladimir Putinin dilindən deyilən sözlər çox sadə, başadüşülən tərzdə ifadə olunub: "Rusiya prezidenti açıqca deyir ki, Azərbaycanın suverenliyini tanımağa hazır olduğunu bəyan etməklə Ermənistan yanlışlığa yol verib. Rusiya bunu istəmir. Bir halda ki, bu baş verib, bundan sonra Rusiyadan imdad gözləməyə ehtiyac yoxdur. Keçmiş danışıqlarla bağlı məsələyə gəlincə, bəli, Ermənistan o vaxt konstruktiv davranmırdı, təklif olunandan çox şey istəyirdi. Güman edirdi ki, əlavə ərazilər üzərində nəzarəti ələ keçirə bilər. Buna görə də güzəştə getmək istəmirdi. Vladimir Putin də bunu nəzərdə tutur və deyir ki, Ermənistan Rusiyadan heç nə gözləməsin".
Rusiya xal qazandı, Ermənistan itirdi, bəs Azərbaycan? – Orxan Amaşovla GÜNDƏMRusiyanın Qarabağda bundan sonrakı addımlarına gəlincə, ekspert hesab edir ki, onlar əvvəl-axır bölgəni tərk edəcəklərini yaxşı anlayırlar: "Ona görə də yeni funksiya axtarırlar. Azərbaycanın dəyişdiyi reallıq diqtə edir ki, həmin funksiya Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası çərçivəsində olmalıdır. Rusiya Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolundan ilk yükü keçirməklə xal qazandı. Azərbaycanın prosesləri dəyişməsində Rusiya fayda verə bilər. Deməli, Qarabağ ermənilərinin reinteqrasiyası istiqamətində Rusiyanın müəyyən rolu ola bilər. Amma Rusiyanın burada rolu nə qədər olursa-olsun əvvəl-axır çıxıb getməlidir. Mən Putinin şərhini bundan öncə XİN-in sözçüsü və Rusiya xarici işlər nazirinin dediyi sözlərin təsdiqi kimi qəbul edirəm".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 13 sentyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 sonxəbər bu gune olan xeberler xeberler bu qun