Rusiya XİN-dən Mixail Smolinin azərbaycanlılarla bağlı dediyi sözlərə REAKSİYA
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı tarixçi Mixail Smolinin azərbaycanlılar, qazaxlar və özbəklərlə bağlı söylədiyi fikirlərə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Zaxarova açıqlamasında deyib:
"Rusiya və Mərkəzi Asiya respublikalarını ortaq tarix, sıx insani və humanitar əlaqələr, minlərlə ticarət, iqtisadi və biznes əlaqələrinin bağları birləşdirir. Bizim qarşılıqlı fəaliyyətimiz, strateji tərəfdaşlığımız və əksər hallarda müttəfiqliyimiz bir-birinə hörmətə və mədəniyyətlərin dialoquna əsaslanır.
Sözügedən odioz ifadələr sırf subyektiv xarakter daşıyır, reallıqla heç bir əlaqəsi yoxdur və tamamilə müəllifin vicdanına qalıb".
Xatırladaq ki, ötən gün rusiyalı tarixçi Mixail Smolin "Görüş yeri" televiziya tok-şousunda 1917-ci ilə qədər qazaxlar, özbəklər və azərbaycanlıların bir millət olaraq mövcud olmadığını söyləyib.
"Qazaxıstan necə meydana çıxdı? Əslində, əvvəlcə RSFSR-in tərkibində Kazak SSR adlanırdı, qazaxlar ümumiyyətlə yox idi. Sonra Kazak SSR tərkibində Qırğızıstan SSR yaradıldı, sonra RSFSR-dən ayrıldı. Orada xalqların yaranması ilə bağlı qərarlar belə könüllü olaraq qəbul edilirdi. Məsələn, özbəklər inqilabdan əvvəl heç vaxt mövcud olmayıb, belə bir etnik ad olmayıb. Götürüb bir neçə Orta Asiya xalqından özbəklər yaratdılar. Azərbaycanlılar da belə yaradılıb. Belə bir millət – azərbaycanlı yoxdur", – Smolin bildirmişdi.

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR