Rusiya XİN-dən Ukrayna ilə danışıqların növbəti raundu ilə bağlı VACİB AÇIQLAMA
Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı hərbi əməliyyatların məqsədini və danışıqların növbəti raundunda mühüm addımların atılacağını açıqlayıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
O, həmçinin danışıqların nəticə verəcəyinə inamını ifadə edib: "Biz Ukraynanı mülki əhalinin təhlükəsizlik təminatı üçün mümkün hər şeyi etməyə çağırırıq. Ümid edirik ki, danışıqların növbəti raundlarında irəliyə doğru daha mühüm addımlar atılacaq. Martın 7-də keçirilən danışıqlarda da müsbət impulslar oldu. Bu, xüsusilə humanitar dəhlizlərlə bağlıdır. 2 milyona yaxın insan təxliyə üçün Rusiyaya müraciət edib".
"Biz Ukrayna hakimiyyətini devirmək və ya ölkəni məhv etmək istəmirik. Biz Rusiya üçün hərbi təhlükənin qarşısını almaq niyyətindəyik. Əməliyyatlarımız mülki əhaliyə qarşı yönəlməyib. Qərbdə kütləvi informasiya vasitələrində yazılanlar dezinformasiyadır", – o bildirib.
Turlar.az [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti