Rusiya XİN əməkdaşının anlaşılmaz Ermənistan şərhi
Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Sergey Markedonov özünün "Telegram" kanalında Ermənistan Baş nazirinin respublika konstitusiyasını dəyişmək niyyətini şərh edib.
Uzun müddət erməniləri Azərbaycana qarşı işğalçılıq müharibəsinə ilhamlandıran Rusiyanın əli hər yerdən üzüləndə Markedanov kimi siyasətçilər münəcimliyə başlayır, ictimai fikri çaşdırmağa çalışırlar. Görünür, ermənilərin daha çox istinad etdiyi Markedanov onların maraqlarına uyğun danışır və Ermənistanın Qarabağdan əl çəkməksini dolayısı ilə qəbul edə bilmədiyini etiraf edir.
Markedonovun ermənilərə canıyanalığı xüsusi siyasi xəttdir və Rusiya XİN-nin belə gedişləri ilə tez-tez rastlaşırıq. Rusiyanın xarici siyasət idarəsinin əməkdaşının ermənilərin "xaç atası" kimi danışmasının arxasında xüsusi niyyət dayanır. Markedonovun niyyəti onun şərhində açıq-aydın özünü biruzə verir: "Ermənistanda konstitusiya islahatı ilə bağlı müzakirələr başlayıb. Ermənistanın Müstəqillik Bəyannaməsindəki müddəalar müzakirələrin əsas mövzusudur. Ermənistan Konstitusiya Məhkəməsi 2010-cu il yanvarın 12-də Ermənistan-Türkiyə protokollarını ölkənin Əsas Qanununa uyğun olaraq tanıdıqdan sonra Türkiyə rəhbərliyi yuxarıda qeyd olunan sənədi ratifikasiya etməkdən de-fakto imtina edib. Bu qərara səbəb Bəyannamənin "Qərbi Ermənistan"dan bəhs edən 11-ci bəndi olub. (Həmin bənddə Ermənistanın Türkiyəyə ərazi iddiaları yer alıb.) Bu gün biz erməni siyasi elitasının fundamental məqsəddən imtina etməsini müşahidə edirik. Eyni zamanda, Nikol Paşinyan və komandasının həm beynəlxalq arenada, həm də ölkə daxilində təşəbbüsləri güclü etiraz hərəkatına səbəb olmur. Sual yaranır ki, "Qarabağsızlaşdırma" hansı həcmdə və miqyasda aparılacaq. Görünməmiş xarici siyasət güzəştlərinin heç bir şəkildə daxili və identik proseslərə təsir etməyəcəyini güman etmək sadəlövhlükdür".
Vəli Həsənov,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR