Rusiya XİN Ermənistanla bağlı AÇIQLAMA yaydı
"Xarici qüvvələr Ermənistanı çox təhlükəli geosiyasi oyunlara çəkir".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya xarici qüvvələrin İrəvanı daha çox təhlükəli geosiyasi oyunlara çəkmək cəhdlərini müşahidə edir. "Qərb Ermənistanın və ermənilərin taleyinə tamamilə biganə yanaşır. Rusiya isə müttəfiqlik xarakterli münasibətləri nəzərə alaraq sülhə, sabitliyə və Ermənistanın çiçəklənməsinə yardım etməyə hazırdır. Bizim üçün bu, həqiqətən də çox əhəmiyyətə malikdir", – deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması perspektivlərindən də danışıb. "Biz İrəvanla Bakı arasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında münasibətlərin normallaşması üçün yaxşı perspektivləri görürük. Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması üçün ilkin şərtlər mövcuddur. Ümumilikdə, biz Cənubi Qafqazda münaqişəliliyin azalmasında və bu regionun zəngin potensialının açılmasında maraqlıyıq. Hesab edirik ki, buna "3+3" məşvərətçi regional əməkdaşlıq platforması çərçivəsində qarşılıqlı fəaliyyətin genişlənməsi yardım edə bilər", – deyə Rusiya XİN rəsmi nümayəndəsi yekunlaşdırıb.
"Rusiyanın Aİİ çərçivəsində Ermənistan tərəfi ilə qarşılıqlı fəaliyyəti praqmatik, qarşılıqlı faydalı əsasda qurulub".
Mariya Zaxarova bildirib ki, Ermənistanda iqtisadi göstəricilərin ildən-ilə artması müşahidə olunur. "Biz görürük ki, İrəvan Aİİ-də iştirakından xeyli dividend alır. Bəzi mübahisəli bəyanatlara baxmayaraq, biz və erməni tərəfdaşlarımız, Aİİ-nin digər üzv dövlətləri kimi, konstruktiv, siyasətdən kənarlaşdırılmış dialoq qururuq.
Yanvarın 1-dən Avropa İqtisadi İttifaqına sədrlik Ermənistana keçir. Baş nazir Nikol Paşinyan bəyan edib ki, İrəvan orta və uzunmüddətli perspektivdə Aİİ çərçivəsində tapşırıqların sistemli icrasına yönəlib. Biz iqtisadi inteqrasiyanın daha da möhkəmlənməsinə və inkişafına yönəlmiş gələcək səmərəli iş üçün tərəfdaşlarımızın eyni ruhunu dəstəkləyirik".
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi