Rusiya XİN-in sözçüsü: 'Azərbaycanın Britaniyadakı səfirliyinə hücum məni şoka salıb
"Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istərdim. Azərbaycanın Britaniyadakı səfirliyinə radikal hücum məni şoka salıb".
azxeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün teleqram kanalında yazıb.
"Günorta çağı vandalların bütöv bir izdihamı diplomatik nümayəndəliyin ərazisinə soxulub, dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurub. Allaha şükür, heç kim xəsarət almayıb", - Zaxarova bildirib.
O vurğulayıb ki, diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır, bütün dünyada diplomatların rahat işini təmin edir. Belə hadisələr adi hal deyil.
"Vyana Konvensiyasının 1961-ci il Diplomatik Münasibətlər haqqında 22-ci maddəsinin 2-ci bəndinin mətnini sizə xatırladım.
(Diplomatik korpusu-red) Qəbul edən dövlətin xüsusi vəzifəsi var ki, nümayəndəliyin binalarını hər hansı müdaxilədən və ya zədədən qorumaq və nümayəndəliyin dincliyinin pozulması və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısının alınması üçün bütün lazımi tədbirləri görsün".
Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniyanın hakimiyyət orqanlarına və polisə sual olunur: "Siz harada olmusunuz? Assanj xüsusilə Ekvador səfirliyində mühafizə olunurdu", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi fikirlərini yekunlaşdırıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?