Rusiya XİN: Qarabağda yalnız Rusiya sülhməramlıları yerləşdiriləcək
Rusiya XİN: Qarabağda yalnız Rusiya sülhməramlıları yerləşdiriləcək
Dağlıq Qarabağda təmas xəttində yalnız Rusiya sülhməramlıları yerləşdiriləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova "Exo Moskvı" radiostansiyasının efirində bildirib.
"Diqqətinizi çəkmək istədiyim vacib məqam sülhməramlı qüvvələr barədədir. Söhbət Rusiya Federasiyasının sülhməramlı qüvvələrindən gedir. Bəyanatın mətni dərc edildikdən sonra heç kimin şübhəsi qalmayacaq. Bir daha Rusiya Federasiyası prezidentinin sözlərinə diqqət çəkmək istərdim, söhbət bölgədəki, Dağlıq Qarabağda təmas xətti boyunca yerləşən Rusiya sülhməramlılarından gedir", - deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında 1960 hərbi qulluqçu, 90 zirehli hərbi vasitə, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingent yerləşdirəcək. Son məlumatlara görə, Rusiya sülhməramlılarından ibarət 10-cu təyyarə Dağlıq Qarabağa yola düşüb. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."