Rusiyada "Dugin doktrinası" - "Rusların qurtuluşu"nun 3 yolu

Rusiyada Rusiyada artıq uzun illərdir ki, iki əsas problem demoqrafik böhran müzakirələrin əsas mövzusudur. Rusiya hakimiyyəti rus xalqının say artımını təmin etmək məqsədilə xüsusi dövlət proqramlarını işə salıb.
KONKRET.azxəbər verir ki, Rusiya hakimiyyət dairələri artıq "titul millət"in – yəni rusların qorunub saxlanılması məsələsini əsas hədəfə çevirib. Bu işdə ən fəal fiqurlardan biri isə məşhur ideoloq və Kreml təbliğatçısı Aleksandr Duqindir. O, "böyük rus xalqının" gələcəyini qorumaq üçün özünəməxsus "doktrina" ilə çıxış edir.
Duqinin fikrincə, "rus insanı" anlayışı daha çox genetik və bioloji təmələ əsaslanmalıdır. Onun ideyalarının əsasında – aborların qadağan olunması, erkən nikah, çoxuşaqlılığın normaya çevrilməsi, boşanmanın yasaqlanması və bütövlükdə dini-tradisional cəmiyyət modelinə qayıdış durur. Filosofun fikrincə, modern cəmiyyət və fərdiyyətçilik demoqrafik tənəzzülə gətirib çıxarır.
İkinci təklif isə şəhərlərin hündürmərtəbəli deyil, eninə inkişafı, yəni kəndlərə qayıdış və ailələrin daha geniş ərazilərdə məskunlaşmasıdır. Onun sözlərinə görə, "ilk nəsil çoxuşaqlı ola bilər, amma üçüncü nəsildə doğum kəskin azalır."
Duqinin "xilas planı"nın üçüncü bəndi isə miqrasiya ilə bağlıdır: o, Rusiyada əmək miqrasiyasının tamamilə dayandırılmasını və bu boşluğun robot texnologiyaları ilə doldurulmasını təklif edir. Onun fikrincə, rus xalqının yerini başqa etnoslar alarsa, bu, artıq "Rusiya" olmayacaq. Təbii ki, bu, rəsmi Kremlin "çoxmillətli Rusiya" tezisi ilə ziddiyyət təşkil edir.
Qeyd edək ki, Duqinin "ideoloji mübarizəsi" yalnız Orta Asiya respublikalarından gələn miqrantlara qarşı yönəlməyib. O, Çin faktoruna da diqqət çəkir və hesab edir ki, Çin vətəndaşlarının Rusiya cəmiyyətinə inteqrasiyası rus xalqının assimilyasiyasına səbəb ola bilər. Filosofun fikrincə, Çinlilər artıq Rusiyanın ali məktəblərinə, iqtisadi və mədəni sahələrinə nüfuz ediblər və bu, "rus kimliyinin" itməsinə gətirəcək.
Ekspertlərin fikrincə, bu cür ideyalar təkcə marginallar arasında deyil, bəzi dövlət institutları və medianın dəstəyi ilə cəmiyyətə təlqin edilir. Məqsəd isə aydındır: millətçi hisslər üzərindən sosial bazanı genişləndirmək və siyasi gücü qoruyub saxlamaq.
Amma bütün bu çağırışlar fonunda Rusiyanın real problemi – sosial təminat, təhsil və səhiyyə sisteminin böhran içində olması, gənclərin perspektivsizliyə görə ölkəni tərk etməsi, hələ də cavabsız qalır.
Mənbə:
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 27 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb

"Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür".  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xaric

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa

İrəvan sərhəd mesajı verdi – Bakı və Ankaranın planının DETALLARI

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Türkiyə ilə sərhədin açılmasına hazır olduğunu bəyan edib. Sitat:. "Türkiyə ilə sərhəd keçid məntəqələrində zəruri infrastruktur işləri artıq tamamlanıb. Ermənistan sərhədin açılmasın

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Müsəlman aləmində baş verən bəzi hadisələr... - Prezident

Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

Lavrov: "Avropa İttifaqı Ermənistanı aldadacaq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Aİ hakimiyyətinin avrointeqrasiya məsələsində Ermənistanı aldadacağını bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın RT nəşri yazıb. Lavrov Ermənistanın Aİ-yə necə daxi

Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatdı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb. xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngl

İran Hörmüzü bağlı saxlayır - ABŞ həll yolu tapdı: regionun nefti indi hara gedəcək?

ABŞ-ın Energetika naziri Kris Rayt bildirib ki, neft bazarları Hörmüz boğazının açılması üçün İranla razılaşma gözləmək əvəzinə, alternativ həll yollarından istifadə etməlidir. KONKRET.azxəbər verir ki, Raytın sözlərinə görə

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib

Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nı təsdiq edib. xəbər verir ki, bununla bağlı dövlət başçısı yen


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbər xeberler bugun hava haqqinda bugünkü son xəbərlər