Rusiyada Filipp Kirkorova qadağa qoyuldu
Tanınmış müğənni Filipp Kirkorova 2028-ci ilin payızına qədər Rusiyada yeni sahibkarlıq fəaliyyətinə başlamaq qadağan edilib.
Bu barədə vergi müfəttişliyinin sənədlərinə əsaslanaraq "RİA Novosti" məlumat yayıb.
Məhdudiyyətin tətbiq olunmasına səbəb sənətçiyə məxsus iki şirkət tərəfindən Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə daxil edilən yanlış məlumatlar olub.
Həmin müəssisələrdən biri olan "Filipp Kirkorov Korporeyşn" fəaliyyətini dayandırıb, geyim, ayaqqabı və digər malların satışı ilə məşğul olan "Fill fo yu" isə ünvanını düzgün göstərməyib.
Ümumilikdə, yeni şirkətlərin açılmasına qoyulan qadağa 18 sentyabr 2028-ci il tarixinədək qüvvədə olacaq. Analoji qadağa bir neçə il Kirkorovun stilisti kimi fəaliyyət göstərmiş "Fill fo yu" şirkətinin baş direktoru Arsen Ayrapetova da şamil edilib. Onun üçün bu məhdudiyyət 2027-ci ilin oktyabr ayının sonuna qədər davam edəcək. Mövcud məlumatlara əsasən, ifaçı daha üç şirkətin sahibidir: onlardan biri ifaçılıq sənəti sahəsində fəaliyyət göstərir, digəri radioyayım işləri ilə məşğul olur, üçüncüsü isə yaşayış və qeyri-yaşayış binalarının tikintisini həyata keçirir. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar