Rusiyada məhbuslar bir neçə zabiti öldürdü - Girov götürülənlər var
Volqoqrad vilayətində məhbuslar bir neçə zabiti öldürüb və insanları girov götürüblər.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları yazıb.
İddia olunur ki, Volqoqrad vilayətinin Surovikinski rayonunda məhbuslar İK-19-un azı üç əməkdaşını öldürüblər. Ən azı yeddi nəfər yaralanıb, onlar reanimasiyadadırlar, daha bir neçə nəfər isə girov götürülüb.
Hücum edənlərdən birinin "terror aktı" maddəsi ilə mühakimə olunduğu bildirilir. İstintaq təcridxanasında fövqəladə vəziyyət elan edilib.
"Hücum intizam komissiyasının iclası zamanı baş verib, beşə qədər əməkdaş girov götürülüb", – məlumatda deyilir.
Təcridxananın rəhbəri Andrey Devyatovun da reanimasiyada olması barədə informasiyalar var.
Hazırda girovların azad edilməsi üçün tədbirlər görülür.
İddialara görə, məhbuslar iki milyon dollar və bir helikopter tələb ediblər.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi