Rusiyada nə baş verir? - Bu regionlarda yanacaq tamamilə tükəndi
Rusiyada benzin və dizelin qiyməti kəskin artıb, bəzi regionlarda isə tamamilə yoxa çıxıb.
KONKRET.az xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasında "Aİ-92" markalı benzinin qiyməti tarixi rekordunu yeniləyib, cümə axşamı ticarətin nəticələrinə görə, bir ton üçün 66 min rublu keçib.
"Aİ-92" markalı benzin 1,14% bahalaşaraq bir ton üçün 66 220 rubl təşkil edib. "AI-95" benzini də yeni rekord qırıb, bu markanın dəyəri gündə 0,5% artaraq bir ton üçün 76 876 rubl təşkil edib. Yay dizel yanacağının qiyməti rekordu yeniləyərək 0,83% artaraq bir ton üçün 69 122 rubl təşkil edib.
Avqust və sentyabr aylarında benzin və dizel demək olar ki, hər gün bahalaşır. Mütəxəssislərin fikrincə, bu, neftçilərə "yanacaq damperi" altında ödənişlərin azalması ilə bağlıdır. Bu il sentyabrın 1-dən 2026-cı il dekabrın 31-dək həm benzin, həm də dizel yanacağı üçün damper ödənişləri 50% azaldılıb.
Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib ki, bununla da Rusiyada yanacaqdoldurma məntəqələrində yanacaq ehtiyatlarının çatışmazlığı problemi dərinləşir. Yanacaq çatışmazlığı məhsul yığımı və payızlıq əkinləri dayandıra bilər.
Patruşev bildirib ki, əgər bir həftə əvvəl yanacağın yüksək qiymətindən söhbət gedirdisə, indi ümumiyyətlə yoxdur.
"Artıq əlçatanlıqla bağlı problemlərimiz var. İndi biz məhsul yığımını dayandıracağıq. Bu, fəlakət olacaq… Yanacaq problemi böyüyür, hər kəs bununla məşğul olmalıdır. Biz kənd təsərrüfatı müəssisələri üçün yanacaq axtarmalıyıq, çünki problemi təcili həll etmək lazımdır"", – deyə Patruşev bildirib,
Günel Mikayılova,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"