Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər

Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlərSon dövrlər Rusiyada baş verən hadisələr bu ölkədə şovinizm, diskriminasiya və milli ayrı-seçkiliyin ən üst səviyyəsində təşviq olunduğunu açıq şəkildə göstərir. Xüsusilə Yekaterinburqda yaşanan hadisələr sübut edir ki, proses təsadüfi deyil – bu, məqsədli şəkildə yönəldilən siyasətin nəticəsidir.
Müharibədə canlı qüvvə problemi yaşayan Kreml rəhbərliyi miqrantları döyüşə cəlb etmək üçün müxtəlif qeyri-insani vasitələrə əl atır. Narkotiklərlə, uydurma cinayətlərlə, ailə üzvlərinin taleyi ilə təhdid olunan miqrantlar məcburən razılıq verir. Müharibəyə göndərilənlər aldadılır, vəd olunan kompensasiyalar verilmir, geri döndükdən sonra isə yenidən təzyiqlərə məruz qalaraq cəbhəyə göndərilirlər.
Bu siyasətin hədəfi yalnız miqrantlar deyil. Eyni zamanda, milli mənsubiyyətinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar da təqib və ayrı-seçkiliklərdən yan keçə bilmir. Bu hallar artıq lokal xarakter daşımır – ölkənin müxtəlif bölgələrində oxşar hadisələr yaşanır. Bəzi yüksək vəzifəli şəxslər isə bu siyasəti icra etməklə özlərini qəhrəman kimi göstərməyə çalışırlar.
Bu reallığı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin verdiyi açıqlamalar və statistik rəqəmlər də təsdiqləyir – onun etirafları arxasında acı həqiqətlər dayanır.
Digər tərəfdən, Azərbaycan ictimaiyyəti hələ də mülki təyyarəsinin vurulması ilə bağlı Rusiyanın səssizliyini qəbul edə bilmir. Bu məsələ beynəlxalq tribunalara daşınacaq, ədalətin bərpası, təqsirkarların cəzalandırılması və kompensasiyaların ödənilməsi üçün bütün hüquqi addımlar atılacaq.
Son zamanlar Azərbaycan-Rusiya münasibətlərində yaşanan digər neqativ nümunələr də diqqətçəkicidir. Məsələn, Həştərxanda keçirilən tədbirə dəvət almış Azərbaycan deputatının Rusiya ərazisinə buraxılmaması, bu ölkənin Bakıya qarşı mənfi münasibətini ortaya qoyur. Eyni zamanda, Azərbaycanın media resurslarına qarşı təşkil olunan kiberhücumların arxasında Rusiyanın dayandığına dair Milli Məclisin müvafiq komissiyasının rəsmi hesabatı da bunu təsdiqləyir.
Rusiyada uzun illərdir davam edən digər xalqlara qarşı dözümsüzlük və şovinist davranışlar artıq müsəlmanlara qarşı açıq təzyiqlərlə davam etdirilir. Bu isə ölkədə islamofobiyanın dövlət siyasətinə çevrildiyini göstərir.
Kremlə yaxın olan Solovyov kimi fiqurların açıq-aşkar anti-Azərbaycan çıxışları, həmçinin hadisələrin ardıcıllığı bu siyasətin mərkəzdən idarə olunduğuna dair ciddi şübhə doğurmur – bu, artıq aydın bir gerçəklikdir.
Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrıseçkilik və islamofobiya getdikcə dərinləşir. Qərblə münasibətlərdə bütün cəbhələrdə uğursuzluğa düçar olan, Ukrayna müharibəsindən çıxış yolu tapa bilməyən Moskva, indi də daxildə və regionda "yeni düşmən" axtarışına çıxıb.
Bu çərçivədə Ermənistandakı revanşist qüvvələrin fəallaşması – Koçaryan, Sarkisyan və Rusiya tərəfindən yönəldilən digər şəxslərin yenidən yüksək səslə danışmağa başlaması – Kremlin Cənubi Qafqazı yenidən münaqişə ocağına çevirmək planının tərkib hissəsidir.
Fərid Şahbazlı,
Siyasi şərhçi

Siyasi       Tarix: 28 iyun 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


yeni xeberler son xeberler azerbaycan xeberleri şou biznes xəbərləri son xeber 2026 xeber.az 2026 valyuta