Rusiyadan Azərbaycana qaçanları turist saymaq olarmı?

Rusiyadan Azərbaycana qaçanları turist saymaq olarmı?Rusiyadan Azərbaycana qaçanları turist saymaq olarmı?
Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsi bu ölkənin vətəndaşlarının digər ölkələrə, o cümlədən Azərbaycana axın etməsinə səbəb olub.
Bəs bu cür vəziyyət Azərbaycan iqtisadiyyatına, daha dəqiq desək turizmə necə təsir edəcək?
Rusiyadan Azərbaycana qaçanları turist saymaq olarmı? 
"Report" bu məsələ ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyanın idarə heyətinin sədr müavini Əhməd Qurbanovla həmsöhbət olub.
Onun sözlərinə görə, səfərbərlikdən yayınmaq üçün Azərbaycana gələn rusiyalıları turist hesab etmək düzgün olmaz.
"Azərbaycan koronavirus (COVID-19) pandemiyasının fəsadlarının minimuma endirildiyi dövrü yaşayır. Məhz bunun nəticəsidir ki, əvvəlki illərə nisbətən ölkəmizdə turistlərin sayı artmaqdadır. Yay fəslində də gördük ki, pandemiya şəraiti olmasına baxmayaraq, gəlmə turizmi gözləniləndən daha artıq inkişaf edib.
Regionda və dünyada gedən geosiyasi vəziyyəti nəzərə alsaq görərik ki, Rusiya və bir sıra ölkələrdən Azərbaycana insan axını var. Amma ümumilikdə götürəndə biz bunu turistik baxımdan dəyərləndirə bilmirik. Çünki bu ölkədən gələn vətəndaşlar daha çox miqrasiya xarakterli səfərlər edirlər. Yəni mövcud olan qeyri-stabil vəziyyətə görə, ölkədən çıxıb Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi qonşu ölkələrə səfər edirlər.
Onların bu səfərlərini turistik səyahət adlandırmaq olmaz. Turist səfərinə çıxanlar adətən hotellərdə qalmağı, turlarda, gəzinti və səfərlərdə iştirakı önəmli görürlər. Bir sözlə turist kimi pul xərcləyirlər və bununla da iqtisadiyyata xeyir verirlər. Hazırkı vəziyyətdə isə gələn turistləri bu kateqoriyadan qiymətləndirə bilməyəcəyik", - deyə Ə.Qurbanov bildirib.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycana Rusiyadan 263 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70% çoxdur. / oxu.az

Turizm       Tarix: 26 sentyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 cəbhədən son xeber sonxabar az