Rusiyadan Ermənistana Qarabağ XƏBƏRDARLIĞI
Yaxın Şərqdən gətirilən muzdlu döyüşçü və terrorçuların Qarabağdakı münaqişə ərazisinə giriş cəhdlərinin qarşısını almaq lazımdır.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Baş Prokuroru İqor Krasnov MDB üzvü olan dövlətlərin Baş Prokurorlarının Koordinasiya Şurasının iclasında bildirib.
"25 ildir ki, Müstəqil Dövlətlər Birliyində vətəndaşların hüquqlarının qorunmasını təmin etmək üçün birlikdə mexanizmlər yaratdıq. Onların məhv edilməsinə icazə verməyəcəyik və verməməliyik. İndi prioritet vəzifə insanları qorumaq və ləyaqətli, təhlükəsiz, dinc yaşamaq hüquqlarını təmin etməkdir. Muzdlular və terrorçuların qanunsuz silah dövriyyəsindən qazanc əldə edən və terror aktlarını maliyyələşdirən şəxslərin münaqişə ərazisinə nüfuz etmək cəhdlərini dəf etmək lazımdır", - Baş Prokuror qeyd edib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin uğrulu əks-hücum əməliyyatları qarşısında tab gətirə bilməyən Ermənistan hökuməti ordusuna Suriya və Liviyadan muzdlu döyüşçülər və PKK kimi terror təşkilatlarından ünsürlər cəlb edir. Son olaraq Azərbaycan Müdafiə Nazirliyi Ermənistan İraqdakı səfirinin səs yazılarını ələ keçirib və materialdan məlum olub ki, Ermənistana Suriyadan 100 PKK terrorçusu göndərilib.
Zümrüd
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək