Rusiyadan İrəvan və Bakıya "mesaj": Nikol tələsməlidir

Rusiyadan İrəvan və Bakıya Rusiyanın Cənubi Qafqaz siyasəti barədə adətən bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin danışır. O, bu dəfə də Ermənistan və Azərbaycanla bağlı açıqlamalar verib. Azərbaycanla bağlı deyib ki, Moskva və Bakı 2024-cü ilin dekabr ayında Aktau yaxınlığında baş verən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı bütün məsələləri həll ediblər. Cinayətkarların cəzalandırılması kimi məsələnin üzərində çox dayanmadan təyyarə qəzasında ölənlərin ailələrinə və yaralılara kompensasiya ödənildiyi barədə xəbərlər yayımlanıbmı?
KONKRET.azxəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
"Qaluzin açıqlamasında Bakıda "Rus evi"nin yenidən fəaliyyətə başlaması gərəkliyini bildirib. "Azərbaycanda "Rus evi"nin fəaliyyətinin yenidən bərpa olunması hər iki dövlətin və xalqın maraqlarına tamamilə cavab verərdi" deyən Qaluzin bu "evin" bağlanmasının səbəblərini tez unudub. Aydındır ki, Qaluzin və digər rusiyalı diplomatlar azərbaycanlı həmkarlarıyla danışıqlarda bu məsələni daima qaldırırlar. Rusiyalı diplomat yaxın günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya rəsmi səfər edəcəyini söyləyib. Görünür, Ceyhun Bayramovla görüşdə də "Rus evi" məsələsi qaldırılacaq. "Rus evi" yalnız Bakıda bağlanmayıb, başqa ölkələrdə bu "evin" təxribatçı məqsədlərlə istifadə olunduğu aşkarlanıb. Eyni fəaliyyət davam edəcəksə, "Rus evi"nin yenidən açılması üçün heç bir əsas yoxdur.
Qaluzin açıqlamasında Kremlin "Tramp yolu" ilə bağlı xəbərdarlığını da Bakı və İrəvana ötürüb. Onun açıqlamasındakı "TRIPP-in perspektivləri birmənalı deyil. Bu layihə Rusiyanın iştirakından yalnız qazanardı", "Tramp marşrutu"ndan İran çətin ki, məmnun olsun. Güman etməyə əsas var ki, bu layihə Çini də qane etmir", "TRIPP-in Rusiya sərhədçiləri tərəfindən qorunan ərazidən keçməsi planlaşdırılır. Buna görə də həm Rusiyanın, həm də Avrasiya İqtisadi İttifaqının fikirləri nəzərə alınmalıdır" kimi cümlələri bundan xəbər verir.
Ukraynaya qarşı işğalçı müharibə aparan ölkə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən layihəyə mane olmaq istəyir və bu zaman nəqliyyat yolunu əngəlləmək məqsədilə müttəfiqlərini də "köməyə çağırır".
Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp yolu"nun tikintisinə başlamağa tələsməlidir, əks halda Kreml Qaluzinin vasitəsilə səsləndirdiyi təxribatlarını həyata keçirmək istəyəcək", – politoloq bildirib.

Siyasi       Tarix: 29 iyun 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler kriminal az xeber xeber.az