Rusiyadan NATO və Finlandiyaya MESAJ: Əgər müdaxilə etsəniz, o zaman
Helsinki Universitetinin professoru Tuomas Malinen Finlandiya Prezidenti Aleksandr Stubbı Rusiya ilə münaqişəni qızışdırmaqda günahlandırıb.Onun bu fikirləri birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Bəs görəsən, Rusiya və Finlandiya arasında münaqişə riski varmı?
Mövzunu KONKRET.az-a şərh edən Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov bildirib ki, Stubbun mövqeyi tamamilə haqlıdır:
"Prezident Stubb deyir ki, Putinlə yalnız güc dili ilə danışmaq mümkündür. Çünki o, başqa dili anlamır. ABŞ daha sərt mövqe nümayiş etdirməlidir. Ukraynada isə sülh yalnız təminatlı və ədalətli şəkildə ola bilər. Əgər kimsə Stubbı Rusiyanı qızışdırmaqda ittiham edirsə, bu yanaşma düzgün deyil. Finlandiya prezidentinin fikirləri tamamilə doğrudur".
Ekspert həmçinin Rusiyanın mümkün cavab addımlarını da açıqlayıb:
•İnformasiya məkanında Finlandiyaya qarşı təbliğat və hücumlar;
•Diplomatik cəbhədə Helsinki ilə ikitərəfli münasibətlərin gərginləşdirilməsi və beynəlxalq səviyyədə Finlandiyanın təcridinə cəhdlər;
•Finlandiyanın kiberməkanına və enerji sistemlərinə hücumlar;
•Sərhəd bölgələrinə əlavə qoşunların yerləşdirilməsi və hərbi təlimlərin keçirilməsi.
Əlibəyovun sözlərinə görə, bu addımlar Moskvanın həm Finlandiyaya, həm də NATO-ya mesajı ola bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO