Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı həyəcanlı MESAJ

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı həyəcanlı MESAJRusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasını nəzərdə tutan və "Tramp marşrutu" adlandırılan layihənin bir sıra siyasi və geosiyasi amillərlə üzləşdiyini bildirib.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, o, mediaya açıqlamasında prosesdə Rusiyanın iştirakının layihənin daha dayanıqlı və real icrasına töhfə verə biləcəyini deyib.
Diplomat qeyd edib ki, Ermənistan və Azərbaycan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpası məsələləri 2022–2023-cü illərdə Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli işçi qrupunun vitse-prezidentlər səviyyəsində keçirilən görüşlərində müzakirə olunub və həmin dövrdə dəmir yolu əlaqələrinin bərpası ilə bağlı razılaşmalar əldə edilib.
Qaluzin bildirib ki, "bu dialoq və üçtərəfli işçi qrup çərçivəsində aparılan müzakirələr bizim günahımız olmadan dayandırılıb".
Onun sözlərinə görə, hazırda əvvəlki formatda işlərin davam etdirilməsi çətindir:
"Çünki Ermənistanın gələcək dəmir yolunun səhmlərinin 49 faizini ABŞ tərəfinə verməyi planlaşdırdığı iddia olunur. ABŞ və İsrailin İrana qarşı zərbələrindən sonra Tehran sərhədləri yaxınlığında ABŞ-nin mövcudluğunu müsbət qarşılamaya bilər. Eyni zamanda, Çin də Avrasiya ilə Avropa arasında tranzit marşrut üzərində ABŞ nəzarətindən narazı qala bilər. Rusiyanın iştirakı layihənin həyata keçirilməsini asanlaşdıra bilər. Dəmir yolunun Rusiya standartı olan genişlikdə inşası Azərbaycanla fasiləsiz əlaqə üçün vacib ola bilər. Bundan başqa, xatırlatmaq lazımdır ki, Ermənistan dəmir yollarının Rusiya Dəmir Yollarının törəməsi olan "Cənubi Qafqaz Dəmir Yolu" QSC tərəfindən idarə edilir".
Qaluzin əlavə edib ki, tranzit və sərhəd məsələləri Avrasiya İqtisadi İttifaqının normalarına uyğun tənzimlənməlidir:
"Marşrut Ermənistan-Türkiyə və Ermənistan-İran sərhəd xətlərindən keçdiyi üçün burada Rusiya sərhədçiləri də xidmət aparır və bu mexanizmlərin dəyişdirilməsi ilə bağlı rəsmi İrəvandan heç bir siqnal alınmayıb.
102-ci Rusiya hərbi bazasının Gümrüdəki fəaliyyəti ilə bağlı da İrəvandan onun çıxarılması və ya dəyişdirilməsi barədə hər hansı rəsmi müraciət yoxdur. Baza 2044-cü ilə qədər qüvvədə olan razılaşma çərçivəsində fəaliyyət göstərir və Moskva bunu region təhlükəsizliyinin əsas elementlərindən biri hesab edir. Rusiyanın hərbi mövcudluğunu "işğal vasitəsi" kimi təqdim etməyə çalışan bəzi siyasi qüvvələr və Qərbyönlü QHT-lərin mövqeyi yerli əhali tərəfindən dəstəklənmir. Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü və eyni zamanda Rusiya hərbi bazasının mövcudluğu məsələsi İrəvanın öz qərarıdır, Moskva isə mövcud razılaşmalara uyğun öhdəliklərini yerinə yetirməyə davam edəcək".

Siyasi       Tarix: 29 iyun 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler kriminal az xeber xeber.az