Rusiyalı akademik 180 yaşlı azərbaycanlı qadından danışdı
Rusiyalı akademik 180 yaşlı azərbaycanlı qadından danışdı
İnsan 100 il yaşamalıdır.
Bunu Rusiyada Bakulev adına Milli Tibbi Elmi-Tədqiqat Ürək-Damar Cərrahiyyə Mərkəzinin prezidenti, akademik Leo Bokeriya deyib.
"150 - bilmirəm. Amma bir əsr - 100 ildir... Deməli, biz 100 il yaşamalıyıq", - deyə Bokeriya vurğulayıb.
O, söhbət əsnasında 180 yaşlı azərbaycanlı qadından da danışıb.
"Azərbaycanda 180 il yaşadığı iddia edilən qadınla bağlı məlumatlar var. Lakin ola bilsin ki, onun doğulduğu vaxt hələ dəqiq qeydlər olmayıb, ona görə də onun yaşını dəqiq müəyyən etmək mümkün deyil", - deyə akademik əlavə edib.
Məşhur kardioloq İngiltərədə olarkən Londonda düz şəhərin mərkəzində dəfn olunmuş 180 yaşlı şəxsin məzarını ziyarət etdiyini bildirib.
"Niyə orada dəfn olunub? Çünki həmin dövrdə kral vətəndaşın 180 yaşında olduğunu biləndə, onu saraya dəvət edib. Gələn uzunömürlüyə qonaqlıq verib, o yazıq da həddindən çox yeyib və bağırsaq çevrilməsindən (volvulus) ölüb. Vicdanı sızlayan kral mərhum qonağı hökmdar ailəsinin basdırıldığı kilsədə dəfn etdirib", – deyə Bokeryia bildirib.
Mənbə: RİA Novosti /oxu.az

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü