Rusiyalı deputat: "Ermənistanda millətçi hisslərin qızışdırılması yaxşı heç nə ilə nəticələnməyəcək"

Rusiyalı deputat: "Ermənistanda millətçi hisslərin qızışdırılması yaxşı heç nə ilə nəticələnməyəcək" Rusiyalı deputat: "Ermənistanda millətçi hisslərin qızışdırılması yaxşı heç nə ilə nəticələnməyəcək"
Qarabağ müharibəsinin sona çatması ilə bağlı 10 noyabr tarixli üçtərəfli bəyanat icra olunur. Bunu Prezident İlham Əliyev dekabrın 1-də Azərbaycan xalqına müraciətində bildirib.
Rusiya Federasiyası Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Media.Az-a bununla bağlı şərh verib. Onun sözlərinə görə  son 30 ilə yaxın müddətdə ilk dəfə Qarabağ torpağına sülhün gəldiyini söyləmək mümkündür.
Moskvanın aparıcı vasitəçilik roluna gəldikdə isə Dmitri Savelyev qeyd etdi ki, Rusiya Federasiyasının geosiyasi rəqibləri belə bunu etiraf edirlər.
"Xatırladım ki, Fransa senatorlardan biri açıq şəkildə dedi: vəziyyət Minsk formatı ilə deyil, tərəflər üçün məqbul müqavilə təklif edən Rusiya tərəfindən həll edildi. Əlbəttə ki, tərəfləri hələ mürəkkəb danışıqlar gözləyir, lakin həm Dağlıq Qarabağın özündə, həm də əvvəllər işğal olunmuş rayonlarda həyat normala dönür. Qaçqınlar qayıdır, Rusiya sülhməramlıları sayəsində ərazilərin minalardan təmizlənməsi işləri aparılır və mütəxəssislər tibbi yardım göstərmək üçün ucqar yaşayış məntəqələrinə gedirlər", - deyə o, vurğulayıb.
Müsahib Rusiyanın münaqişənin beynəlxalq hüquq nöqteyi-nəzərindən sülh yolu ilə həll etmək cəhdlərində hər zaman Azərbaycanı dəstəklədiyini xatırlatdı.
"İndi isə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin Dağlıq Qarabağ ermənilərinə bu torpaqda təhlükəsiz yaşayış təmin olunacağına dair zəmanətlərinə əsaslanaraq, Ermənistanla yeni əlaqələr qurmaq niyyətini dəstəkləyir", - deyə deputat əlavə edib.
Dmitri Savelyev münaqişənin həllində iştirak etməyən, günlər sonra isə yola düşən qatara "tullanmağa" cəhd edən Qərbin reaksiyasına (Fransa Senatının Qarabağdakı separatçı quruluşu tanımağı tövsiyə etdiyi qərarı xatırlamaq kifayətdir) da münasibət bildirib.
Onun sözlərinə görə, hazırda regionda siyasi vəziyyəti göz önündə dəyişdirən hadisələr baş verir və digər ölkələrin özlərini tarix səhifələrinə yazmaq istəyi olduqca başa düşüləndir.
"Ayrı-ayrı siyasətçilərin dünya xəritəsindəki "qaynar nöqtələrdən" birinin real yoxa çıxması deyil, öz ambisiyalarının maraqlanmasına (hansı ki, buna görə sönmüş kömürə üfürməyə hazırdırlar) gəlincə isə bu başqa məsələdir. Aydındır ki, Ermənistanda millətçi hisslərin qızışdırılması yaxşı heç nə ilə nəticələnməz və bu istiqamətdəki qətnamələr düşünmə qabiliyyəti olan insanlardan dəstək tapa bilməz", - deyə deputat sözlərini yekunlaşdırıb. /oxu.az

Siyasi       Tarix: 03 dekabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az cəbhədən son vəziyyət qarabag xeberler bu qun