Rusiyalı deputatdan Azərbaycanla bağlı sensasion açıqlama: Cəzalandırmalıyıq - VİDEO

Rusiyalı deputatdan Azərbaycanla bağlı sensasion açıqlama: Cəzalandırmalıyıq - VİDEO"Ukraynanın ərazisində normal dövlətliyi, idarəetməni və hakimiyyəti bərpa etmək gərəkdir. Yaxşı olar ki, bütün bunlar Ukraynanın Rusiyanın tərkibində olduğu halda baş versin. Əks halda denasifikasiya və demilitarizasiya alınmayacaq".
azxeber.com Milli.Az-a istinadən bildirir ki, Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, iqtisadçı və publisist Mixail Delyaqin "Rossiya 1" telekanalındakı "60 dəqiqə" (60 minut) proqramında çıxış edərkən belə deyib.
Olqa Skabeyeva və Yevgeni Popovun aparıcılıq etdiyi proqramda Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatla bağlı mövcud durumdan bəhs edən M.Delyaqin bir sıra dövlətləri "xəyanətkar və aqressiv mövqe" tutmaqda suçlayıb.
Onun sözlərinə görə, rəsmi Varşava Polşa-Rusiya sərhədi boyunca qoşun yığmağa davam edir.
Daha sonra o, postsovet məkanı ölkələri ilə Rusiyanın münasibətlərindən, daha doğrusu, Rusiya Federasiyasının indiki şəraitdə "nə etməli olduğundan" bəhs edib.
"Çox yəqin ki, NATO tərkibində yox, müstəqil olaraq Polşa Belarusa hücum etməyə çalışacaq. Belarusun sərhədi isə faktiki olaraq Rusiyanın sərhədidir. Azərbaycan isə Qarabağda atəşkəsi pozub, irəliləyib və yeni mövqelərindən də geri çəkilmirlər. Yəni dediym odur ki, Amerikanın satellitlərinin belə aqressiya siyasəti var, onun da qarşısı alınmalıdır", - M.Delyaqin söyləyib.
Daha sonra o, reallıq və siyasi əxlaq hisslərini tam itirərək "Türkiyənin əlaltısı olan, "dövlət" adlandırdığımız Azərbaycan" ifadəsini işlədib.
"Azərbaycan indi real təhlükədir, onu sərt cəzalandırmaq lazımdır. Azərbaycanın neft sənayesi bizim nəyimizə gərəkdir?! Azərbaycanın neft sənayesi çox müdafiəsizdir. Əgər adamlar sözdən anlamırsa, deməli, əməllə başa salmalıyıq.  Bunu etməsək, olmayacağıq. Anlayırsınızmı?! Məsələ elə bu cürdür", - M.Delyaqin söyləyib.
Proqramın aparıcısı Olqa Skabeyeva isə deyib: "Moldova və Gürcüstan bizə qarşı sanksiyalara qoşulmadılar. Təsəvvür edin - Gürcüstan! Amma Azərbaycan... Azərbaycanın Müdafiə Nazirliyi elə bəyanat verib. Bununla məşğul olmalıyıq. Mümkündür, indi vaxtı deyil, amma məşğul olmalıyıq!"
Teleaparıcı Olqa Skabeyevanın intelleektual qabiliyyətinə bələdik və bu səbəbdən aşkar ermənipərəst məxluqun dedikləri önəmli deyil.
Önəmli olan Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanı aşkar şəkildə hədələməsi, ölkəmizin neft hasilatı və emalı sənayesini "vurmağı" təklif etməsidir.
Ümid edirik ki, Rusiya Federasiyasının hakimiyyət dairələri, Dövlət Duması və Prezident Administrasiyası haqqında bəhs etdiyimiz deputanın gerizəkalı, idiotik və plebey çıxışına layiqli qiymət verəcəklər.
Mixail Delyaqin kimi reallıq hissini və şərəfini itirmiş "deputat" unutmamalıdır ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.
Və biz Afrikadakı banan ölkəsi deyilik, hədələrə də cavab verməyin yolunu bilirik.

Siyasi       Tarix: 29 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler hava durumu xeber xeber.az 2026