"Rusiyalı deputatlar heç bir arqumentə əsaslanmayan bəyanatlar verir" - AÇIQLAMA

Son dövrlərdə Rusiyalı deputatlar tərəfindən Azərbaycana qarşı səsləndirilən mənfi fikirlərin ardı-arası kəsilmir. Bu dəfə isə senator Viktor Bondarev yazıb ki, Rusiya Ermənistanın təhlükəsizliyinə zəmanət verir, sülhməramlılar mümkün soyqırımın qarşısını alır. O bildirib ki, Qarabağda yerləşdirilən Rusiya sülhməramlıları əldə olunmuş razılaşmalara əməl olunmasını təmin edir, hərbi əməliyyatların təkrarlanmasının və dinc əhalinin mümkün soyqırımının qarşısını alır.
Maraqlıdır, senatorun bu fikirləri nəyə hesablanıb? Qarabağda kim kimə soyqırımı təşkil edir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Yusif Bağırzadə cavablandırıb. O bildirib ki, belə fikirlər iki dövlət arasındakı münasibətlərə xələl gətirə bilməz:
"Son zamanlar Rusiya Dövlət Dumasından Azərbaycan əleyhinə müxtəlif fikirlər səsləndirilir. İndi də Senatdan belə bir bəyanat gəldi. Rusiyalı deputatlar məntiqə sığmayan və heç bir arqumentə əsaslanmayan bəyanatlar verir. Hər dəfə Rusiya XİN və Duma rəhbərləri həmin fikirlərin Rusiya dövlətinin mövqeyini əks etdirmədiyini bildirir. Deputatlar hər hansı bir partiyanın üzvüdür və səsləndirdiyi iddialar onların öz fikirləridir. Azərbaycanla Rusiya münasibətləri yüksək səviyyədədir. Ukrayna müharibəsindən əvvəl Prezident İlham Əliyevlə Vladimir Putin arasında görüş oldu. Tərəflər arasında Müttəfiqlik Bəyannaməsi imzalandı. Bu günə qədər Azərbaycan bir çox sahələrdə Rusiya ilə əməkdaşlıq edir. Rusiya şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Yəni belə qeyri-ciddi və aşağı səviyyəli adamların fikirləri iki dövlət arasındakı münasibətlərə xələl gətirə bilməz".
Poliotloq qeyd edib ki, soyqırıma məruz qalan tərəf bizik:
"Bu dəfə də məsələyə münasibət bildiriləcək. Qarabağda 30 ilə yaxın dövrdə ermənilər azərbaycanlılara qarşı soyqırım edib. Azərbaycanlılar öz yurd-yuvalarından didərgin düşüb. Bu yaxınlarda Fərruxda insan qalıqları tapılıb. Həmin qalıqların Azərbaycan vətəndaşları olduğu öz təsdiqini tapdı. Bəzi üzdəniraq erməni siyasətçiləri bu qalıqların ermənilərə aid olduğunu iddia edirdi. Guya 1992-1993-cü illərdə biz onları öldürmüşük. Bütün bunların heç bir əsası yoxdur. Əksinə, soyıqırıma məruz qalan tərəf biz olmuşuq. Xocalı soyqırımı bütün dünya tərəfindən qəbul edilib. Bir çox dövlətlərin seçkili orqanları tərəfindən bu fakt öz təsdiqini tapıb. Onlar bunun cavabını alıb və bundan sonra da alacaqlar".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 23 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi ən son xəbərlər bugün xeberler xəbərlər.com