Rusiyalı ekspert: "Paşinyan KTMT dövlətlərinin imicinə xələl gətirir

Rusiyalı ekspert: "Paşinyan KTMT dövlətlərinin imicinə xələl gətirirRusiyalı ekspert: "Paşinyan KTMT dövlətlərinin imicinə xələl gətirir"
"Paşinyanın KTMT-yə müraciəti populist bir addımdır və ermənilərin işğal planlarına kömək etmək üçün xarici qüvvəyə müraciət etmək cəhdidir. KTMT burada heç bir şey edə bilməz. O, yalnız hər hansı bir hərbi təcavüz və ya üzvlərinin ərazi bütövlüyünə təhlükə yarandıqda kömək edir. Burada isə belə bir hal yoxdur".
Bunu "Report"un Rusiya bürosuna "Vestnik Kavkaza" agentliyinin baş analitiki Andrey Petrov Ermənistan baş nazirinin vəzifələrini yerinə yetirən Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həllinə kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, erməni tərəfinin bu cür tələbləri KTMT-nin imicinə xələl gətirir: "Çünki Paşinyan bu yolla təşkilatın öz üzvlərinə planlarında və istəklərində kömək edə bilmədiyini göstərir. Əlbəttə ki, KTMT-nin sərhədlərin delimitasiyasına aidiyyatı yoxdur".
Petrov həmçinin, mövcud gərgin vəziyyətin yaxınlaşan növbədənkənar parlament seçkiləri səbəbi ilə Yerevan tərəfindən yaradıldığını vurğulayıb: "Hazırda müxalifət bundan istifadə edərək hakimiyyətə təzyiq göstərməyə, onun zəif olduğunu və maraqları müdafiə edə bilmədiyini göstərməyə çalışır. Hazırkı hökumət isə öz növbəsində gücünü göstərməyə, guya Azərbaycana müqavimət göstərə bildiyini nümayiş etdirməyə məcbur qalıb. Ancaq adətən Ermənistanın daxili siyasətində olduğu kimi, onlar yenə də kömək üçün xarici qüvvələrə – yəni Rusiya və KTMT-yə müraciət ediblər". /oxu.az

Siyasi       Tarix: 19 may 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər cəbhədən ən son xəbərlər metbuat