Rusiyalı politoloq: "ABŞ-ın postsovet ölkələrinə marağı artırmayıb? Hər şey hələ qabaqdadır

Rusiyalı politoloq: "ABŞ-ın postsovet ölkələrinə marağı artırmayıb? Hər şey hələ qabaqdadırRusiyalı politoloq: "ABŞ-ın postsovet ölkələrinə marağı artırmayıb? Hər şey hələ qabaqdadır"
Rusiyada amerikaşünas-politoloq, Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Konstantin Blokin ABŞ, Rusiya və Türkiyənin münasibətləri ilə bağlı Caliber.Az-ın suallarını cavablandırıb.
- Birləşmiş Ştatlar, bəzi hallar istisna olmaqla, mütəxəssislərin demokrat administrasiyadan gözlədiyi iddialı xarici siyasət yürütmür (bu, postsovet məkanına da aiddir)...
- Hər şey hələ qabaqdadır. Ancaq Rusiya və Çinə münasibətdə artıq müvafiq ritorika səslənir. Bundan əvvəl Co Bayden Qərbi Rusiya və Çinə qarşı birləşməyə çağırırdı. Eyni zamanda, Moskva ilə Vaşinqton arasında münasibətlərdə müsbət tərəflər də var idi. Söhbət Strateji Hücum Silahlarının Azaldılmasına dair Müqavilənin uzadılmasından gedir. İndi "mənfi tərəflər" başlayır. Vladimir Putinlə bağlı açıqlama Rusiya Federasiyası ilə yeni yeni qarşıdurma kursunun sübutudur. Əlbəttə ki, heç bir açıq hərbi qarşıdurma olmayacaq, amma Rusiyanın Qara dənizdə, Suriyada və beynəlxalq platformalarda gücü sınanacaq. Hibrid müharibə hərbi-siyasi, iqtisadi, informasiya, mədəni arsenalı birləşdirir.
Qərb mütəxəssisləri Rusiya ətrafında "boz zonanın" genişləndirilməsinin zəruriliyi barədə fəal şəkildə yazırlar (bu, müharibə və ya sülhün olmadığı ərazidir, ancaq gərginlik mövcuddur). Obyektiv olaraq, Co Bayden özünü yalnız qütbləşmiş Amerika cəmiyyətinin deyil, həm də bütün Qərbin anti-Çin və anti-Rusiya əsasında birləşdiricisi kimi təqdim edir.
Ümumiyyətlə, Co Baydenin proqramı dörd il üçün nəzərdə tutulub və Corc Buşun (oğul) prezidentliyi ilə müqayisə edilə bilər, o zaman bütün hakimiyyət əslində, vitse-prezident Dik Çeyni və onun ətrafının əlində cəmləşmişdi. İndi Ağ Ev rəhbərliyində əsas fiqur vitse-prezident Kamala Harrisdir.
- Siz Co Baydenin Vladimir Putinlə bağlı açıqlamasından danışdınız. Bu sözlərə ilk reaksiya verən dünya liderlərindən biri, Rusiya liderini dəstəkləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Eyni zamanda, ABŞ Türkiyəyə təzyiq göstərməyə davam edir, başqa bir dəlil isə ABŞ-ın dövlət katibi Entoni Blinkenin "Euronews" telekanalına verdiyi müsahibə idi. Hansı ki, Vaşinqtonla Ankara arasında Rusiya silahlarının alınması ilə bağlı real fikir ayrılıqlarının olduğunu bildirirdi...
- İndiki Ağ Ev rəhbərliyinin vəzifələrindən biri dünya liberal nizamını gücləndirməkdir. Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan bu liberal nizama sığmır. Amerikalı demokratlarının Türkiyədəki çevrilişi təşviq etmək üçün uğursuz cəhd göstərdiyini xatırlamağa dəyər. İndi Vaşinqton yenidən Türkiyəni sıxışdırmağa çalışır, lakin güclü Türkiyə lideri bu təzyiqi sevmir.
Bu, ABŞ prezidentinin Rusiya prezidentinə qarşı səsləndirdiyi ritorikaya da aiddir. Nəzərə alınmalıdır ki, Türkiyə ilə Rusiya arasında təmas nöqtələri, "Akkuyu" nüvə stansiyasının tikintisi və s. daxil olmaqla bir çox məsələdə qarşılıqlı əlaqə mövcuddur. Buna görə Rəcəb Tayyib Ərdoğan Co Baydenin sözlərinə reaksiya verməyə bilməzdi. Yeri gəlmişkən, Qərb liderləri "Soyuq müharibə" dövründə belə özlərinə qarşı bu cür ifadələrə imkan verməyiblər. Əminəm ki, Co Bayden Türkiyə prezidentinə oxşar bir şey desəydi, Vladimir Putin də buna müvafiq reaksiya verərdi.  /oxu.az

Siyasi       Tarix: 27 mart 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava proqnozu son xəbər metbuat xeberleri