Rusiyalı politoloq: "Ermənistanın indiki və keçmiş rəhbərləri terror törətdiklərini dərk etmirlər
Rusiyalı politoloq: "Ermənistanın indiki və keçmiş rəhbərləri terror törətdiklərini dərk etmirlər"
"Azərbaycanın dinc əhalisinə qəsdən zərbə endirdiklərinə dair Serj Sarqsyanın bəyanatını bir növ hökm verilməsi kimi dəyərləndirirəm. Dinc əhaliyə qarşı müharibə aparmaq cinayətdir, odur ki, dünya birliyi buna biganə qalmamalıdır. Ən dəhşətlisi odur ki, Ermənistanın indiki və keçmiş rəhbərləri terror törətdiklərini dərk etmirlər".
Bu fikirləri "Report"a Yevgeni Mixaylov deyib.
Onun qənaətincə, Ermənistan dinc şəhərlərə hücumlara görə məsuliyyət daşımalıdır: "Ermənistan ordusu düzgün vuruşmağı, hərbi cəhətdən düzgün qərarlar verməyi bacarmır. Onların səriştəli mütəxəssisləri olmayıb. Yüksək hazırlıq səviyyəsinə malik Azərbaycan Ordusu isə bütün hücumları dəf etmək iqtidarına olub ki, qarşı tərəf bundan çox qorxurdu".
Rusiyalı politoloq İkinci Qarabağ müharibəsinin yalnız Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin xoş məramı sayəsində dayandırıldığını vurğulayıb.
Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan bu günlərdə "Armnews"ə müsahibəsində Gəncənin dinc əhalisinə hücum etdiklərini təsdiqləyərək müharibənin son mərhələsində Şuşa istiqamətində "İsgəndər" raketi tətbiq etdiklərinə dair mötəbər məlumatlara malik olduğunu bildirmişdi. /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR