Rusiyalılar üçün ən arzuolunan ölkələrdən biri Türkiyədir - FOTO
Rusiyalılar üçün ən arzuolunan ölkələrdən biri Türkiyədir - FOTO
Rusiyalılar üçün ən arzuolunan ölkələrdən biri Türkiyədir.
Bununla bağlı Rusiyanın "Ozon Travel" səyahət planlaşdırma xidmətinin sorğunun nəticəsində məlum olub.
Respondentlər, 2022-ci ildə hər hansı ölkəyə pulsuz səyahət etmək imkanı olsa, Türkiyə ilə yanaşı İtaliya və Maldiv adalarının da arzusunda olduğunu etiraf ediblər.
18-30 yaşlı respondentlər ABŞ, Cənubi Koreya və Yaponiyaya səfər etmək istəyirlər.
Daha yaşlı kateqoriyalar (40-50 yaş) çimərlik və görməli yerlərinə görə Tayland, İspaniya və Yunanıstana səyahət etməkdə maraqlıdırlar.
Meksika, Seyşel adaları, İsveçrə kimi ölkələrə premium "tətillər" isə 50 yaşdan yuxarı turistləri cəlb edir.
Respondentlərin 44 faizi yayda, 21 faizi yazda, 14 faizi payızda, 11 faizi isə qışda səyahətə çıxmaq istəyir. Qalan 10 faiz üçün ilin vaxtının əhəmiyyəti yoxdur.
Qeyd olunub ki, respondentlərin 65 faizi arzuladığı səyahətə həyat yoldaşını və ya partnyorunu özü ilə aparmaq istəyini bildirib, 37 faizi uşaqları ilə, 26 faizi isə dostları və ya qohumlarının əhatəsində dincəlməyə üstünlük verir. Səkkiz faiz xəyallarındakı səyahətə tək getmək istədiyini deyib.
Mənbə: Lenta.ru
Xidmetler [newsid: 0-123300]

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir