Rusiyanın 400 min tondan çox gübrəsi Avropa limanlarında SAXLANILDI
Rusiyada istehsal olunan 400 min tondan çox gübrə sanksiyalar səbəbindən Avropa limanlarında dondurulub.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının mineral gübrələrin istehsalı və satışı üzrə komissiyasının sədri Dmitri Mazepin Prezident Vladimir Putinlə görüşü zamanı deyib.
"Əsas problem Avropa limanlarında çox miqdarda gübrənin dondurulmasıdır. "Uralxim" müəssisəsinin 262 min ton, "Akron" müəssisəsinin 52 min ton, "Euroxim" müəssisəsinin isə təxminən 100 min ton gübrəsi Estoniya, Latviya, Belçika və Niderland limanlarını tərk edə bilmir", – deyə komissiyanın rəhbəri bildirib.
Dmitri Mazepinin sözlərinə görə, komissiya gübrənin inkişaf etməkdə olan bazarlara, o cümlədən Afrikaya göndərilməsi üçün problemi müxtəlif yollarla həll etməyə çalışır. "Uralxim" zavodu özünün Avropa limanlarında qalan gübrəsinin hamısının Afrikaya pulsuz çatdırılması üçün BMT-yə müraciət etməyə hazırlaşır.
Bir müddət öncə Vladimir Putin Avropa limanlarında yığılıb qalan gübrənin kasıb ölkələrə pulsuz çatdırmağa hazır olduğunu, lakin Avropa İttifaqının buna imkan vermədiyini deyib.//AzərTAC
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var