Rusiyanın ABŞ-a nota verməsi nəyi dəyişəcək? - Tofiq Zülfüqarovdan AÇIQLAMA

Rusiyanın ABŞ-a nota verməsi nəyi dəyişəcək? - Tofiq Zülfüqarovdan AÇIQLAMAİki aydan çoxdur davam edən Rusiya Ukrayna müharibəsi yekunlaşmaq istəmir. İşğalçı Rusiya öz iddialarından əl çəkmədiyinə görə vəziyyət getdikcə daha da çətinləşir. Bu müharibə Ukrayna üçün ölüm-qalım savaşına çevrilib. İndiyə kimi Ukraynanın haqlı mübarizəsinə dəstək olan Qərb dövlətləri və ABŞ Rusiyanın qəzəbinə tuş gəlib. Avropanı enerji təhlükəsizliyi ilə təhdid edən Rusiya bu dəfə ABŞ-a Ukraynaya silah tədarükünü dayandırması ilə bağlı nota göndərib.  Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, ABŞ Ukraynaya 800 milyon dollar dəyərində hərbi yardım göndərmək niyyətindədir. Səfir qeyd edib ki, sözügedən hərbi yardım diplomatik həllin tapılmasına, vəziyyətin həllinə töhfə vermir.
Maraqlıdır, sözügedən nota dünyanın iki super dövləti arasındakı münasibətlərə necə təsir edəcək? ABŞ bu məsələyə necə cavab verəcək?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarına politoloq Tofiq Zülfüqarov cavab verib. O bildirib ki, Rusiyanın ABŞ-a nota verməsi adi haldır: "Artıq Bayden  şifahi şəkildə Rusiyaya cavab verib. ABŞ-ın Ukraynaya hərbi yardımı davam edəcək. Lakin təəssüf ki, hərbi yardımlar gecikir. Belə görünür ki, onlar heç istifadə olunmayacaq. Tərəflər arasında danışıqlar gedir. Proseslərin necə cərəyan edəcəyi bəlli deyil. Rusiyanın ABŞ-a nota verməsi adi haldır. Rusiya əvvəllər də bir neçə dəfə ABŞ-a müxtəlif xəbərdarlıqlar edib. Bu dəfə isə həmin xəbərdarlıq nota şəklində oldu".
Rusiyanın ABŞ-a nota verməsi nəyi dəyişəcək? - Tofiq Zülfüqarovdan AÇIQLAMAPolitoloq Rusiyanın bu xəbərdarlığının nəyisə dəyişəcəyini düşünmür: "Nota barəsində stereotiplər var. Əslində nota hansısa mövqeyin qarşı tərəfə yazılı şəkildə təqdim olunmasıdır. Rusiya-Ukrayna müharibəsinə dair indiyə kimi bir çox bəyanatlar verilib. Sözügedən nota ən ciddi mesaj kimi xarakterizə olunmamalıdır. Ona görə də hesab etmirəm ki, Rusiyanın bu xəbərdarlığı nəyisə dəyişəcək. Tərəflər kəskin şəkildə bir-birinin mövqeyini tənqid edir. Hətta indiyə kimi müxtəlif təhdidlər səsləndirilib. Ona görə də bu nota heç nəyi dəyişməyəcək. ABŞ yenə öz bildiyini edəcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 25 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər valyuta mezenesi enson xeberler xeber.az