Rusiyanın "Birinci kanal"ında Bakıya qarşı şok təxribat - VİDEO

Rusiyanın Rusiyanın efir məkanlarında yayımlanan və siyasi məsələlərin masaya yatırıldığı proqramlar özünəməxsus "standartlara" sahibdir. Uzun illərin təcrübəsi göstərir ki, sözügedən "xüsusi norma"lardan biri məhz heç bir halda balansın gözlənməməsidir. Belə ki, hər hansı bir məsələyə eyni qütbdən baxan "ekspert"lərin diskussiyasında bəzən əks-qütbü təmsil edən, onun mövqeyini müdafiə edəcək bir söz deyəcək bir nəfər belə tapılmır. Bu cür proqramlarda hətta aparıcılar belə "ekspert"ə çevrilir və bir rejissor kimi qonaqlarını qurulan tamaşanı maksimal şəkildə hərarətləndirməyə təşviq edir.
Məsələn, elə Rusiyanın "Birinci kanal"ının efirində yayımlanan "Böyük oyun" proqramı həqiqətən "böyük oyun"a səhnə olub. Aparıcı Vyaçeslav Nikonovun rəhbərlik etdiyi "tamaşa"da baş rolu "ekspert" və ya sadəcə tipik erməni olan Andranik Miqranyan oynayıb. İnsaf üçün deyək ki, onun tərəf müqabilləri də heç də A.Miqranyandan geri qalmayıblar.
Proqram Aİ-nin Ermənistana göndərdiyi missiyaya həsr olunub. Təbii ki, müzakirə masasında Azərbaycanın mövqeyini müdafiə edəcək bir nəfər belə olmadığı üçün A.Nikonovun "ekspert"ləri "Böyük oyun"u "Böyük Ermənistan"a həsr ediblər.
Xüsusən canfəşanlıq göstərən, "cəfakeş" erməni xalqının nümayəndəsi, çıxışı boyu Rusiya ordusunun fəaliyyətləri barədə "bizimkilər" deyərək öz erməni kimliyini unutmuş və rusiyalıya çevrilmiş imici formalaşdırmağa çalışan, əslində isə tipik separatçı, terrorçu və faşist erməni xislətinə sahib A.Miqranyan Azərbaycana qarşı açıq ərazi iddialarına haqq qazandırmağa çalışıb. Tipik erməni "ekspert", çox güman ki, ekranda əks olunan Azərbaycan xəritəsində hansısa qondarma qurumun təsvirinə yer verilməsindən ürəklənib və riqqətə gəlib. A.Miqranyan çıxışı ilə Rusiya ictimaiyyətini inandırmağa çalışıb ki, Qarabağda Azərbaycanın yurisdiksiyasının bərpası Rusiya Federasiyasının maraqlarına cavab vermir. O, Vladimir Putinin hansısa çıxışından guya "məntiqi nəticə" çıxararaq Rusiyanın digər məsələlər həll edildikdən sonra "status" məsələsinə qayıdacağını iddia edib.
"Birinci kanal"ın efirində şou göstərən ermənipərəstlərdən biri də öz riyakar mövqeyi ilə çoxdan tanınan Nataliya Naroçnitskaya – A.Miqranyanın dili ilə desək "Nataşa" olub.
Nataşa proqramın sonunda aparıcının son sözünü kəsərək "Qarabağ əzəli erməni torpağıdır" ifadəsini səsləndirəcək qədər həyasız xislətə sahib olduğunu nümayiş etdirməkdən çəkinməyib.
Nataşanın son sözü, əslində, oynanılan sifarişli səhnəciyin mahiyyətini tam olaraq ortaya qoyub. Rusiyanın efir məkanında hansı dairələrə xidmət etdikləri, hansı maraqları güddükləri bəlli olan bir təxribat qrupu Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlar edib, separatizm təbliğatı aparıb.
Sözügedən qrup bunu edərkən Rusiyanın, rəsmi Moskvanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyinə məhəl qoymayıb, dövlətlərarası münasibətlərə kölgə salmaqdan çəkinməyib.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində separatizmə çağırışa görə cinayət məsuliyyəti tətbiq olunur. Hətta Çində separatizm çağırışları terror fəaliyyətlərinə bərabər tutulur.
Belə olan halda Rusiyanın efir məkanında "ekspert" adı altında bir qrup muzdlu təxribatçının separatçılıq çıxışları etməsi, Rusiya ilə yaxın münasibətlərə sahib bir ölkənin ərazi bütövlüyünə məhəl qoyulmaması faktını araşdırmaq Kremlin marağında olmalıdır.
İstənilən halda Azərbaycan ictimaiyyəti üçün Rusiya efirlərində müvafiq təxribatlar yenilik deyil. Azərbaycan xalqı sözügedən sifarişli tamaşaların arxasında dayanan qüvvələri də, onlara havadarlıq edənləri də yaxşı tanıyır. Üstəlik, növbəti səhnənin qurulmasında Ermənistanın, necə deyərlər, quyruğunun qapı arasında sıxışmasının, Azərbaycanın qüdrəti qarşısında aciz duruma düşməsinin nə qədər böyük rol oynaması da gün kimi aydındır.
Ancaq istənilən halda məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi müvafiq müraciətlər etməli və təxribatçıların cəzalandırılmasına ən azından cəhd etməlidir…//oxu.az

/ azxeber.com

Siyasi       Tarix: 21 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xankendi son xeber az idman xeberleri sonxəbər