Rusiyanın daha bir şəhərindən Bakıya müntəzəm reyslər açılır - CƏDVƏL
Rusiyanın daha bir şəhərindən Bakıya müntəzəm reyslər açılır - CƏDVƏL
Rusiyanın "İrAero" aviaşirkəti iyulun 4-dən Bakı-Saratov-Bakı marşrutu üzrə uçuşlara başlayır.
Oxu.Az bu barədə aviaşirkətə istinadən məlumat verib.
Bildirilir ki, uçuşlar həftədə bir dəfə - çərşənbə axşamı günləri "Sukhoi Superjet" 100 təyyarəsi ilə həyata keçiriləcək.
"Bundan əvvəl biz cümə axşamı və şənbə günləri Saratovdan Türkiyəyə (Antalya) beynəlxalq reyslərə başlamışdıq. Hazırda Azərbaycanın paytaxtına yeni marşrut əlavə olunub. Biz Qaqarin Aeroportu ilə əməkdaşlığı genişləndirməkdən məmnunuq", - deyə "IrAero" daşımaların təşkili xidmətinin rəhbəri Aleksandr Makin bildirib.
Bakıdan uçuş çərşənbə axşamı yerli vaxtla saat 16:55-ə, Saratov şəhərinə eniş isə 19:05-ə təyin olunub. Dönüş reysi yerli vaxtla saat 20:20, Azərbaycanın paytaxtına eniş 22:55-ə nəzərdə tutulub. Birtərəfli biletin qiyməti 15 000 rubldan (təxminən 303 manat) başlayır.
Qeyd edək ki, "İrAero" aviaşirkəti Novosibirsk, Kazan, Yekaterinburq, Samara, Sankt-Peterburq və s. şəhərlərdən Azərbaycana müntəzəm reyslər həyata keçirir.

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu