"Rusiyanın diplomatik mülkiyyətinə qəsd cavabsız qalmayacaq"- Moskvadan ULTİMATUM
"Polşa hakimiyyətinin Rusiyanın Varşavadakı səfirliyinin nəzdindəki məktəbin ərazisini ələ keçirmək məqsədi ilə zəbt etməsi 1961-ci il Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Həmçinin Rusiyanın diplomatik mülkiyyətinə növbəti qəsddir".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, bu addım cavabsız qalmayacaq.
"Varşavanın sivil dövlətlərarası kommunikasiya çərçivəsindən kənara çıxan bu cür qanunsuz addımı bizim sərt reaksiyamız və Polşanın Rusiyadakı maraqları üçün nəticələrsiz qalmayacaq", – Zaxarova deyib.
Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev aprelin 29-da səhər saatlarında Polşa polisinin əməkdaşları və paytaxt meriyasının nümayəndələrinin daxil olduğu məktəb binasına gəlib. Diplomat Rusiya tərəfinin Varşavanın hərəkətlərinə etiraz edəcəyinə söz verib. Andreyev bunu qeyri-qanuni hərəkətlər adlandıraraq, söhbətin diplomatik obyektin ərazisinə təcavüzdən getdiyini vurğulayıb. Rusiya səfirliyinin müşaviri Andrey Ordaş qeyd edib ki, Polşa hakimiyyəti məktəb işçilərinə binanı tərk etmək üçün saat 19:00-a qədər vaxt verib.

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı