Rusiyanın gizli Paşinyan arzusu: Müharibədən sonra ortaya çıxdı

Rusiyanın gizli Paşinyan arzusu: Müharibədən sonra ortaya çıxdıRusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik getdikcə artır. Buna əsas səbəblərdən biri İrəvanın Moskva ilə mövcud ittifaq münasibətlərindən uzaqlaşaraq Avropa İttifaqına və ümumilikdə Qərbə inteqrasiya siyasəti yürütməsidir.
Ermənistan rəhbərliyi son dövrlərdə ölkənin Avropa İttifaqına üzvlüyü istiqamətində niyyətlərini açıq şəkildə ifadə edir. Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi siyasi qüvvə Ermənistanın Avropa məkanına siyasi və iqtisadi inteqrasiyasını prioritet istiqamətlərdən biri kimi təqdim edir.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı qərarı İrəvanın öz işidir. Rusiya Prezidenti Vladimir Putin də Ermənistanın Avropa İttifaqına üzvlük istəyinin ölkənin qanuni hüququ olduğunu vurğulayıb. Lakin Moskva bu məsələyə görə narahat olduğunu da fərqli platformalarda dilə gətirir. 
KONKRET.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Ermənistanın xarici siyasətində Avropa istiqamətinin güclənməsi Moskva ilə İrəvan arasındakı münasibətlərdə əsas fikir ayrılıqlarından biri olaraq qalır:
"Rusiya-Ermənistan münasibətlərində görünən proseslə pərdaraxası məqamlar arasında ciddi fərqlər var. Ermənistanda parlament seçkilərindən öncə Paşinyanın Rusiyaya səfər etməsi, seçkidən 2 gün öncə, yəni nəticə bəlli olmadığı halda Putinin Paşinyanı Rusiyaya dəvət edəcəyini açıqlaması, Rusyanın istəyinin nəticəsi olaraq, müxalifətin parlamentdə daha çox yerə sahib olması Moskva və İrəvan arasında pərdəarxası sövdələşmələrin olduğunu deməyə əsas verir.
Əsas məsələ isə Rusiya ilə Ermənistan arasında Ukrayna müharibəsindən sonra kəskin şəkildə artan ticarət dövriyyəsi ilə bağlıdır. Yəni Moskvaya tətbiq edilən sanksiyalardan sonra bir çox məhsulun Ermənistan üzərindən Rusiyaya daşınması və bu ölkənin mallarınn yenə Ermənistan üzərindən xaricə satılması iki ölkə arasındakı münasibətlər barədə aydın təsəvvür yaradır.
Bu da onu göstərir ki, qərbmeyilli siyasətçi kimi tanınan Paşinyanın hakimiyyətdə qalması Rusiyaya sərf edir.
Real vəziyyət ondan ibarətdir ki, Ermənistanın yaxın perspektivdə Avropa İttifaqına üzvlük şansı yoxdur.
Paşinyan çox yaxşı bilir ki, Ermənistanın Rusiyadan ciddi iqtisadi asılığı olduğu halda, kəskin siyasi kurs dəyişikliyi İrəvan üçün ciddi problemlərə səbəb ola bilər.
Ona görə də Ermənistanın siyasi rəhbərliyində təmsil olunan şəxslərin mətbuata açıqlmaları ilə reallıq arasında kəskin fərqlər var.
Digər tərəfdən Paşinyan Rusyanın Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasəti ilə bağlı referendum təklifindən imtina etdi. Bununla da İrəvanı geosiyasi seçim qarşısında qalmaqdan xilas etmiş oldu. Nəticədə Avrasiya İqtisadi İttifaqında qalmaqla, Avropa İttifaqı ilə münasibələrini də qoruya bildi və beləliklə də manevr imkanlarını saxladı. Ona görə də hesab edirəm ki, Rusiya-Ermənistan münasibətlərində yaxın perspspektivdə ciddi dəyişiklik olmayacaq".

Siyasi       Tarix: 04 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xeber cəbhədən son məlumatlar bu gune olan xeberler