Rusiyanın NATO QORXUSU: Pərdəarxasında hansı məqamlar var? - ANALİZ
Rusiyanın xarici siyasətində ən vacib amillərdən biri, NATO məsələsidir.Belə ki, Rusiyanın Şimali Atlantika Alyansından qorxduğu heç kimə sirr deyil. Elə bu səbəbdən də rəsmi Moskva Alyansın Rusiya sərhədlərinə yaxınlaşmasını istəmir. qorxudur. Bu qorxu yalnız bu günlə məhdudlaşmır; Sovetlər Birliyi dövründən indiyədək uzanan tarixi bir refleksin davamıdır. Soyuq Müharibə dövründə NATO ilə Varşava Paktı arasında dünya iki düşərgəyə bölünmüşdü. 1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra Rusiya Varşava Paktını itirdi, lakin NATO fəaliyyətini davam etdirdi və genişlənməyə başladı. Mərkəzi və Şərqi Avropa ölkələrinin bir-bir NATO-ya üzv olması Moskvada "Qərb tərəfindən mühasirəyə alınma" narahatlığını artırdı.
KONKRET.az xəbər verir ki, Rusiya üçün NATO yalnız hərbi ittifaq deyil, həm də Qərbin siyasi və geosiyasi gücünün bir simvoludur. Moskva rəhbərliyinə görə NATO-nun sərhədlərinə yaxınlaşması Rusiyanın suverenliyinə birbaşa təhdiddir. Bu səbəbdən Rusiya yalnız öz təhlükəsizliyi ilə kifayətlənmir, eyni zamanda bölgə ölkələrinə Qərblə yaxınlaşmamaları üçün təhdid edir. Kreml qonşu dövlətlərə davamlı olaraq "NATO-dan uzaq durun" mesajı verir. Hərçənd, diqqətçəkən məqam odur ki, bu təhdidlərin Rusiyanın real təhlükəsizliyi ilə birbaşa əlaqəsi yoxdur. Ukrayna, Gürcüstan və ya Orta Asiyadakı ölkələrin Qərblə əməkdaşlığı Rusiyanın mövcudluğunu ortadan qaldıracaq bir vəziyyət deyil. Odur ki, Moskvanın bu təzyiqləri daha çox öz regional hegemoniyasını qorumaq məqsədi daşıyır.
2014-cü ildə başlayan Ukrayna böhranı və 2022-ci ildəki Rusiya-Ukrayna müharibəsi Rusiyanın NATO-ya qarşı duyduğu paranoyanın ən konkret göstəricisidir. Moskva Ukraynanın NATO-ya üzv olmaq ehtimalını "qırmızı xətt" kimi qiymətləndirib və bu səbəbdən hərbi müdaxiləsini legitimləşdirməyə çalışıb. Halbuki, Ukraynanın NATO perspektivi Rusiyanın milli təhlükəsizliyinə real təhdid yaratmır.
Rusiyanın NATO qorxusu yalnız hərbi məsələ deyil, həm də psixoloji və tarixi bir travmadır. Moskvanın bölgə ölkələrini Qərbdən uzaq durmaları üçün təhdid etməsi isə heç bir beynəlxalq hüquqi əsasa dayanır. Çünki hər bir ölkənin öz müstəqil seçim haqqı var. Bu səbəbdən Rusiyanın qorxusu və təzyiqləri təhlükəsizliklə bağlı deyil, yalnız imperial iddialarının davamıdır.
Natiq Səlim
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO