Rusiyanın Ukrayna üzərindən Avropaya neft nəqli DAYANDIRILDI
Ukrayna tranzit xidmətlərinin ödənilməsini mümkünsüz edən sanksiyalara görə "Drujba" kəmərinin cənub hissəsindən Rusiya neftinin tranzitini dayandırıb.
KONKRET.azxəbər verir ki, "Transneft"in məlumatına görə, buna səbəb tranzit xidmətləri üçün "Ukrtransnafta"nın hesablarına vəsaitin daxil olmaması olub.
Rusiya şirkəti Avropa İttifaqının sanksiyalarını nəzərə alaraq tranzit haqqını ödəyə bilmir, Ukrayna isə 100% ilkin ödəniş əsasında tranzit xidmətləri göstərir.
Qeyd edək ki, Ukraynanın "Ukrtransnafta" şirkətinin ("Naftoqaz"ın törəmə şirkəti) hələ avqustun 4-dən Rusiya neftinin Macarıstan, Çexiya və Slovakiyaya tranzitini dayandırdığı məlum olub.
Rusiya şirkəti iddia edir ki, onlar tranzit üçün ödəniş ediblər, lakin vəsait hesaba qaytarılıb. Ödənişlər üzrə "Qazprombank" xidmət göstərir – onlar qeyd ediblər ki, yeddinci sanksiyalar paketinə görə ödəniş rədd edilib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR