Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına ermənilərin münasibəti necədir? – Davtyandan AÇIQLAMA

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına ermənilərin münasibəti necədir? – Davtyandan AÇIQLAMASiyasi elmlər doktoru Vahe Davtyan Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını ermənilərin necə qəbul etdiyi haqqında fikir səsləndirib
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Davtyan Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə bağlı Ermənistan ictimai, siyasi və ekspert dairələrində birmənalı fikirin olmadığını bəyan edib. O hesab edir ki, birmənalı fikirin formalaşmamasına səbəb rəsmi Kiyevin Azərbaycana ənənəvi dəstəyi ilə bağlıdır: "Bu dəstək 44 günlük Qarabağ müharibəsi zamanı Ukraynanın xarici işlər naziri səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatların səsləndirililməsində daha çox özünü göstərdi. Eləcə də düşmən ordusuna (Azərbaycan – red) dəstək verən reklam bannerlərinin Ukrayna küçələrində yerləşdirilməsi erməni cəmiyyətində birmənalı qarşılanmadı" – Davtyan vurğulayıb.
"Bu münasibət həm də Zelenskinin Əliyevin tərəfini tutan çıxışlarından qaynaqlanır. Bir sözlə, məsələyə ictimai əhval-ruhiyyə səviyyəsində yanaşsaq, bütün bunların milli motivlər üzərində qurulduğunu deyə bilərik" – Davtyan bildirib.
Ekspert əlavə edib ki, Ermənistanda əks mövqedən çıxış edən qüvvələr və qruplar da var: "Onların arasında parlament seçkilərində uğursuzluğa düçar olan Ermənistanın Rusofob Avropa Partiyası, Respublika Partiyası, Xristian Demokrat Partiyası, Vahid Ana Vətən Partiyası və digərlərini misal göstərmək olar. Onların hamısı Paşinyanın məşvərət şurasının üzvləridir. Rusiyanın Ermənistandakı səfirliyi qarşısında Ukrayna bayrağının dalğalanması ilə keçirilən aksiyalar anti-Rusiya isteriyasının yalnız bir hissəsidir" – Vahe Davtyan əlavə edib.
"Parlamentə gəlincə isə, Ukraynada gedən proseslərlə bağlı hər hansı fikir bildirməyin qadağan olunduğu göz qabağındadır. Bunu adi gözlə görmək olar" – ekspert fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 23 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi ən son xəbərlər bugün xeberler xəbərlər.com