Rusiyasız delimitasiya mümkün deyil, çünki regionun sovet xəritələri ancaq bizdədir" - Pritçin
"Azərbaycan Qarabağdakı ermənilərin respublika hüquq və inzibati sisteminə inteqrasiya etməyə hazır olduğunu bəyan edir. Bu proses kifayət qədər qeyri-müəyyən görünsə də, nə region əhalisinin dinc inteqrasiyası üçün nümunəvi mexanizmlər, nə də mümkün təhlükəsizlik təminatları göstərilməyib. Bu da öz növbəsində Rusiya sülhməramlılarının missiyası başa çatacağı təqdirdə əhalinin Qarabağdan köçməsi risklərini yaradır".
KONKRET.az xəbər verir ki, bu barədə IMEMO RAS-ın Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin "Kommersant"ın suallarını cavablandırıb.
O, müxbirin "Ermənistanla Azərbaycan arasında sülh Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunarsa, nə baş verəcək? Rusiya bu vəziyyətlə barışacaqmı?" – sualına belə cavab verib:
"Sülh müqaviləsi sərhəd məsələsinin avtomatik həllini nəzərdə tutmur. Rusiyanın iştirakı olmadan bu məsələni həll etmək çətin olacaq.
Əminəm ki, əgər həqiqətən də Avropa İttifaqının himayəsi altında sülh müqaviləsi bağlanarsa, bu, yalnız qələbənin təzahürü olacaq.
Ölkələr tərəfindən bir-birinin ərazi bütövlüyünün ritorik tanınmasında çətin heç nə yoxdur, bunu bir il əvvəl də etmək olardı. Amma ən maraqlısı daha sonra başlayacaq.
Çünki sərhədlərin müəyyənləşdirilməsi hətta Qarabağdan münaqişəsindən də çətin məsələdir.
Rusiyasız delimitasiya aparmaq mümkün olmayacaq, çünki regionun sovet xəritələri məhz Rusiya Ordusunun Baş Qərargahında saxlanılır".
Ekspertin fikrincə, "Azərbaycanın hərəkətlərində heç olmasa müəyyən məntiq varsa, o zaman Ermənistan bir danışıqlar masasından digərinə (yəni Rusiyadan Avropa İttifaqına və əksinə – red.) tullanmaqla sadəcə özünə ziyan vurur".
Xuraman Etibarlı,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü