Rusiyasız Ermənistan MƏHV OLACAQ - Kaluqindən XƏBƏRDARLIQ

Rusiyasız Ermənistan MƏHV OLACAQ - Kaluqindən XƏBƏRDARLIQRusiya Xarici İşlər Nazirliyi Ermənistanı narahat edən Cənubi Qafqaz Dəmir Yolunun (CQDY) konsessiyası ilə bağlı bütün məsələlərə aydınlıq gətirildiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin bildirib.
Onun sözlərinə görə, məsələ aprelin 1-də Rusiya və Ermənistan liderləri arasında keçirilən danışıqlarda ətraflı müzakirə olunub.
"Ermənistan tərəfini narahat edən bütün məqamlara dair izahat verildi. Regional kommunikasiyaların açılmasında Rusiya tərəfinin iştirakı da daxil olmaqla, gələcək fəaliyyət formatı üzrə anlaşma əldə edildi", – deyə Kaluqin vurğulayıb.
Rusiyalı diplomat qeyd edib ki, Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın "CQDY ilə bağlı məsələlərin Rusiyanın arxasınca müzakirə olunmayacağı" barədə açıqlamasını da diqqətdə saxlayıb.
Rusiya XİN-i həmçinin Ermənistan dəmir yollarının Rusiya şirkəti tərəfindən idarə olunmasının ölkənin rəqabət üstünlüklərini məhdudlaşdırdığı barədə fikirlərlə razılaşmayıb.
"Əksinə, hesab edirik ki, bu idarəetmə Ermənistan üçün əlavə imkanlar yaradır. Əgər Rusiya tərəfinin dəmir yolu şəbəkəsinin bərpası və fəaliyyətinin qorunması istiqamətində apardığı uzunmüddətli işlər olmasaydı, bu gün Ermənistanın Cənubi Qafqazda nəqliyyat arteriyalarının yenidən işə salınmasında iştirak perspektivlərindən danışmaq daha çətin olardı", – deyə diplomat bildirib.
Kaluqin əlavə edib ki, Rusiya ilə Ermənistan arasında ölkənin təhlükəsizliyini təmin edən bir sıra müqavilələr mövcuddur və bu sistemdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mühüm rol oynayır.
Onun sözlərinə görə, Ermənistanın təşkilatdakı üzvlüyünü "dondurması" Rusiyanın öhdəliklərini dəyişmir.
Diplomat bildirib ki, Rusiya uzun illərdir Ermənistanın təhlükəsizliyi və sabitliyinin təmin olunmasında real rol oynayır.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 12 may 2026
f Paylaş

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə xəbərlər.com dunyada son xeberler bugunun xeberleri