Rusiyaya getmək istəyənlərin nəzərinə: Qaydalar dəyişdi
Rusiyaya getmək istəyənlərin nəzərinə: Qaydalar dəyişdi
Rusiya hökuməti əcnəbi vətəndaşlar üçün giriş prosedurunu sadələşdirib.
"RİA Novosti"nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasında Baş nazir Mixail Mişustin deyib.
Bildirilir ki, Rusiya vətəndaşı ilə yaxın qohumluq əlaqələləri (həyat yoldaşları, valideynlər, övladları, qardaşları, bacıları, babaları, nənələri və nəvələri) olan əcnəbilər ölkəyə giriş üçün sənədlərini sadələşdirilmiş qaydada tərtib edə biləcəklər.
"Bu qohumlar bir ilə qədər qüvvədə olan uzunmüddətli viza ala biləcəklər və bu, vətəndaşımızdan sadə yazılı müraciət əsasında edilə bilər", - deyə baş nazir vurğulayıb.
Bundan başqa, əcnəbilərin viza almaq hüququnu saxlamaq üçün üç aydan bir ölkə xaricinə getməyə məcbur olduqları norma qanunvericilikdən çıxarılacaq. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var