Ruslar ermənilər kimi QAÇIR - Kremldən AĞ BAYRAQ, yoxsa QARA PLAN?

Ruslar ermənilər kimi QAÇIR - Kremldən AĞ BAYRAQ, yoxsa QARA PLAN?Rusiya-Ukrayna savaşı davam etməkdədir. Bugünün ən çox oxunan xəbəri isə Rusiya ordusunun Xersondan geri çəkilməsidir.
KONKRET.azxəbər verir ki, Ukraynanın Xerson vilayətində hərəkətlənmə və bununla bağlı müxtəlif versiyalar var.
Ağ bayraq
– Rus hərbçilər vilayəti tərk edir.
– Ruslar geri çəkiləndə körpüləri partladırlar.
– İnzibati binalardan Rusiya bayrağı yığışdırılıb.
– Xerson Ukraynaya qaytarıla bilər.
Son hadisələri – Zelenskinin həmişəkindən daha yumşaq bəyanatını, ABŞ-ın sülhə söykənən Ukrayna səfər və zənglərini, Putinin G-20 sammitində Baydenlə görüşə biləcəyini nəzərə alanda, deyəsən, 2014-dən başlayan Rusiya-Ukrayna savaşına yenə 8 illik fasilə vermək istəyirlər. Lakin rus ordusu Ukraynadakı partizan müharibəsinin qarşısında aciz qaldığı üçün oktyabr ayında da geri çəkilmək taktikasından istifadə edirdi. Ruslar bu yolla özlərini ukraynalılara təqib etdirir və tələyə salırdılar. Çünki ukraynalı partizanlar açıq zonada hava zərbələri ilə ölümə məhkum olunurlar. Hazırda isə rusların çıxdığı ərazidəki körpüləri partlatması iki cür yozulur:
1. Ruslar təqib olunmadan qaçmaq istəyirlər.
2. Rusların geri qayıtmaq fikri yoxdur.
II Qarabağ savaşında erməni ordusu da belə qaçırdı.
Qara plan
Bu günün digər ajiotaj doğuran xəbəri Rusiyanın Kiyevə hücuma hazırlaşmasıdır. Guya Putin Kiyevi ələ keçirmək istəyir və əvvəlcə Ukrayna paytaxtını ağır artilleriya, raket zərbələri ilə viran qoyacaq. Sonra isə Kadırovun dəstəsi Zelenskini tapıb müqavimət göstərdiyi üçün başın kəsib öldürəcəklər. Bunun nə dərəcədə inandırıcı olmasını bilmək üçün bir faktı qeyd etmək yerinə düşər.
Müharibə başlayandan bu yana Zelenskiyə görə Ukraynaya səfər edənlər:
Mateuş Moravetski, Polşanın Baş naziri;
Petr Fiala, Çexiyanın Baş naziri;
Entoni Blinken, ABŞ-ın Dövlət katibi;
Boris Conson, Böyük Britanın eks lideri;
Emmanuel Makron, Fransa Prezidenti;
Eduard Heqer, Slovakiyanın Baş naziri;
Baltikyanı ölkələrin prezidentləri;
İspaniya, Danimarka, Rumıniya, Bolqarıstan liderləri;
Castin Trüdo, Kanadanın Baş naziri;
Finlandiya və Portuqaliya liderləri;
Mario Draqi, İtaliyanın sabiq rəhbəri;
Olaf Şolts, Almaniya kansleri;
Lüksemburq, Avstraliya, İrlandiya, Niderland, İsveç, İndoneziya, Moldova, Qvatemala hökumətləri;
Rəcəb Tayyib Ərdoğan, Türkiyə lideri;
Ursula fon der Lyayen, Avropa Komissiyasının prezidenti;
Antoniu Quttereş, BMT-nin baş katibi.
Sadalanan səfərlərin 90 faizi Kiyev şəhərinə reallaşdırılıb. Həmçinin 2-3 dəfə təkrarlanan səfərlər də olub. 9 ay içində dünya liderlərinin bu qədər səfəri Moskva tarixində qeydə alınmayıb. Heç qısa vaxt kəsiyində rusların öyündüyü Pyotr, Lenin, elə Putinin özünün də qəbulunda belə çox hökumət başçısı olmayıb. Əlbəttə ki, II Yekaterinanın yataq otağı istisnadır.
Yəni Zelenskini əsir götürmək və ya öldürmək Ermənistanda çevriliş etmək qədər asan deyil. Putin heç 4 ildir bunu da bacarmır. Bəli, Rusiyadakı imperializm elə Putin kimi qocalıb və pensiyaya göndərilməsinə az qalıb.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 10 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler en son xeber son xeberler bugun 2026 azerbaycan sou xeberler