Rüstəm İbrahimbəyov Azərbaycanda dəfn ediləcək

Rüstəm İbrahimbəyov Azərbaycanda dəfn ediləcəkGörkəmli yazıçısı, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov uzun sürən xəstəlikdən sonra 2022-ci il martın 11-də 83 yaşında Moskva şəhərində vəfat edib.
azxeber.com AZƏRTAC-a istinadən bildirir ki, Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Neft və Kimya İnstitutunda, daha sonra isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisası üzrə təhsil alıb.
Bütün həyatını yaradıcılığa həsr edən Rüstəm İbrahimbəyov Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda geniş tanınıb, onun əsərləri böyük oxucu və tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Rüstəm İbrahimbəyovun əsərləri əsasında 40-dan çox bədii film və televiziya filmi, tamaşa çəkilib, "Urqa - məhəbbət dairəsi", "Günəşdən usanmışlar", "Sibir bərbəri", "Şərq-Qərb", "Səhranın bəyaz günəşi" və digər sənət əsərləri ona bütün postsovet məkanında böyük populyarlıq qazandırıb. Rüstəm İbrahimbəyovun ssenari müəllifi və rejissoru olduğu bir sıra filmlər beynəlxalq festivallarda müxtəlif mükafatlara layiq görülüb.
Azərbaycan dövləti Rüstəm İbrahimbəyovun fəaliyyətini yüksək qiymətləndirib. O, "Əməkdar incəsənət xadimi", "Xalq yazıçısı" fəxri adlarına, "Şöhrət", III dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə, Azərbaycan Respublikasının dövlət mükafatlarına layiq görülüb.
Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlətimiz tərəfindən müvafiq tədbirlər görülür.
Görkəmli yazıçı Rüstəm İbrahimbəyovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!

Sosial       Tarix: 12 mart 2022
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər cəbhədən ən son xəbərlər butun xeberler valyuta mezennesi banklar