Sabah Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları Tbilisidə görüşəcəklər
Sabah Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları Tbilisidə görüşəcəklər
Dekabrın 23-də Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri arasında üçtərəfli formatda səkkizinci görüş keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
XİN başçıları üçtərəfli əməkdaşlıq formatında müxtəlif sahələrdə cari məsələləri müzakirə edəcəklər. Xüsusi diqqət Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələlərinə ayırılacaq.
Görüş çərçivəsində xarici işlər nazirləri birgə bəyannamə imzalayacaqlar.
Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin Gürcüstanın yüksək səviyyəli şəxsləri ilə də görüşləri planlaşdırılıb.
Qeyd edək ki, Tbilisidə bu ilin oktyabrın 16-da keçirilməli olan üçtərəfli görüş Türkiyə tərəfinin müraciəti əsasında təxirə salınıb.
Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbulda keçirilib.
Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı